17:40 05.10.2021 1007

Vəkil AFFA-nın onu məhkəməyə verməsini təsdiqlədi: "Döyüşü qəbul edirəm"

Xəbər verdiyimiz kimi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası vəkil Aslan İsmayılovu məhkəməyə verib.

Fanat.Az xəbər verir ki, tanınmış vəkil öz "Facebook" səhifəsində də bu barədə paylaşım edərək, məlumatı təsdiqləyib.

Aslan İsmayılov AFFA ilə məhkəmə çəkişməsinə hazır olduğunu bildirib: 

"AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov rəsmi qaydada məni məhkəməyə verib.

E.Məmmədov 27 sentyabr 2021-ci il tarixdə "AFFA-da yeyintilər var" deyib guya onlara böhtan atdığıma görə məni məhkəməyə verib cəzalandırılmağımı tələb edir. Sən demə Ermənistanın 89-cu, Mozambikin 116-cı olduğu FIFA reytinqində Azərbaycanı 117-ci pilləyə salan qurumun işgüzar nüfuzuna xələl gətirmişəm.

E.Məmmədovu “şur götürüb”, yaxud Leninin yazısında olan kimi futboldakı “uğurlarından baş gicəllənməsi baş verib” deyə bilmirəm. Onu bilirəm ki, bu insan ünvanı, zamanı və məkanı tam dəyişik salıb. Belə olmasa, Azərbaycan futbolunun bugünkü rəzil durumunda, başçılıq etdiyi qurumlarda baş verənləri bütün ölkənin bildiyi vaxtda, 1 milyon aktiv futbol azarkeşinin bunun fəaliyyətindən narazı olduğu zamanda sakitcə oturub gözə görünməməyə, dilə düşməməyə çalışardı. Amma bir "əmma" da var. 27 yaşında, futboldan xəbəri olmayan birini o cür məsuliyyətli bir vəzifəyə təyin edəndə, əlbəttə, beləsi özünü əlahiddə, toxunulmaz bir şəxs hesab edəcək!

Açığı, ilin-günün bu vaxtında belələrinə baş qoşmaq istəməzdim. Ancaq indi məcburam və döyüşü qəbul edirəm. Onsuz da ömrüm mübarizələrdə keçib, R.Mehdiyev-Ə.Həsənov cütlüyü 3 dəfə məhkum etdirib, yeganə peşəm olan vəkilliyimi belə əlimdən alıblar. Yaşım 63-ü keçib. 64 yaşımda 4-cü məhkumluğu yaşamağa da hazıram.

Bircə halı diqqətinizə çatdırım ki, əgər yalan yazmışdımsa, nə üçün yazım dərc olunandan 3 saat sonra AFFA-nın tabeliyində olan qurum TƏCİLİ Paşa Banka müraciət edib borclu olduğu fəhlə haqqının TƏCİLİ köçürülməsini xahiş etdi? Bu günə qədər gözə görünməyən E.Məmmədov yenə həmin yazıdan sonra necə oldu ki, hər gün gah Tovuzda, gah Lənkəranda kameralar önündə top qovmağa başladı? 

Futbolsevərlərdən isə xahişim odur ki, bu müddət ərzində bu çəkişməni diqqətdə saxlasınlar. Çünki bu çəkişmə tək AFFA - Aslan İsmayılov çəkişməsi deyil. Mənim timsalımda AFFA bütün futbolsevərlərin səsini kəsməyə çalışır. Bu yazını paylaşın, futbolsevər dostlarınıza yollayın, şərhlərdə onları qeyd edin. Elə bu yazının altında AFFA-da korrupsiyanın olub-olmaması barədə fikirlərinizi bölüşün. Axı Xalqın gözü tərəzidir!

P.S. İlk məhkəmə iclası 11 oktyabr saat 14.30-da Səbail rayon məhkəməsində keçiriləcək. Bütün futbolsevərləri AFFA - Aslan İsmayılov çəkişməsinə dəvət edirəm. Əvvəlcədən koronavirus pandemiyasına görə hər birinizi sosial məsafə saxlamağa səsləyirəm".

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X