AFFA-nın icraçı vitse-prezidenti Qusar rayonuna səfəri çərçivəsində Şirvanovka kəndində də olub.
Fanat.Az qurumun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Məmmədov Region Liqasında çıxış edəcək komandasının üzvləri ilə görüşüb.
Görüşdə stadionun paltardəyişmə otaqlarının AFFA tərəfindən yenidən qurulması və meydanın otbiçən maşınla təmin olunması ilə bağlı qərar verilib.
Qeyd edək ki, AFFA-nın vitse-prezidenti şimal bölgəsinə "Səbail"in futbolçuları Rahid Əmirquliyev və Kamran Ağayevlə birgə səfər edib.