14:36 13.10.2021 2217

Aslan İsmayılovdan AFFA-ya \"11 metrə\"

AFFA-nın qurum barədə böhtan xarakterli məlumatlar yaymaqda ittiham edərək məhkəməyə verdiyi vəkil Aslan İsmayılov federasiyaya müraciət edib. 

Fanat.Az xəbər verir ki, onun "Facebook" səhifəsi üzərindən paylaşımını təqdim edirik: 

"Güya böhtan atdığıma görə AFFA məhkəmə qaydasında cəzalandırılmağımı tələb edir. Həqiqəti sübut etmək üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA-ya ünvanladığım 11 bənddən ibarət sualları olduğu kimi paylaşıram.

Ə R İ Z Ə 

(müvafiq sənədlərin istənilməsinə dair)

Sizin mənə qarşı (Səbail Rayon Məhkəməsində baxılan) iddianız üzrə obyektiv nəticənin əldə edilməsi üçün aşağıdakı sualların tərəfinizdən cavablandırılıb (cavabların əsasını təşkil edən sənədlərin surətini sübut qismində  əlavə etməklə) bizə təqdim etməyinizi xahiş edirəm.

1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Nizamnaməsini, ölkədəki futbol klublarının Nizamnamə və ya əsasnamələrini (eləcə də fəaliyyət istiqamətlərini formalaşdıran digər sənədlər);

2. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (bundan sonra AFFA-ya):
2.1.  Son 10 il ərizində Azərbaycan dövlət büdcəsindən hər il üçün ayrılan pul vəsaitinə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə);
2.2. Son 10 il ərzində FİFA-dan (AFFA-ya) hansı məbləğdə pul vəsaitinin ayrılmasına dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə);
2.3.  Son 10 ildə hər il üçün ayrılıqda reklamlardan əldə edilən (daxil olan) vəsaitlərə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə);
2.4.  Son 10 ildə futbol oyunlarının yayımlarından hər il üçün ayrılıqda əldə edilən gəlirə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə);
2.5.  Son 10  ildə futbol oyunlarının bilet satışından hər il üçün  əldə edilən gəlirə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə); 
2.6.  Son 10 ildə ümumilikdə hər il üçün nə qədər və  kimlər (hansı hüquqi və fiziki şəxslər, eləcə də digər sponsorlar) tərəfindən ianələr edilməsinə dair məlumatları (sübut edən müvafiq sənədlər əlavə edilməklə);

3. AFFA-nın son 10 ildə bu müraciətin 2-ci maddəsində göstərilən əsaslarla (eləcə də varsa digər əsaslarla) əldə edilmiş bütün vəsaitlərin hara (hansı istiqamətlərdə) dəqiq məbləği və təyinatları göstərilməklə xərclənməsinə dair detallı məlumatları (sübut edən sənədlərlə);

4. Ümumilikdə Azərbaycanda neçə futbol (kişi, qadınlar, uşaqlar, eləcə də çimərlik olmaqla) klubunun olması barədə məlumatları;

5. Mövcud olan bütün klublara son 10 ildə (hər il üçün məbləğlər göstərilməklə) hər birini ayrı, təyinatı göstərməklə ayrılan vəsaitlərə dair məlumatları; 

6. AFFA-nın Almaniyada yaratdığı Futbol Məktəbinə yarandığı gündən bu günədək hansı məbləğdə pul vəsaitinin ayrılması və həmin futbol məktəbinin hazırda balansında hansı əmlakların olması barədə məlumatları;

7. Son 10 ildə (milli və klublar üzrə) hansı baş məşqçilər, məşqçilər və mütəxəssislərlə müqavilələrin bağlanması (əməkdaşlıq edilməsi) və onlara illik hansı məbləğdə pul vəsaitinin ödənilməsinə dair (onlarla bağlanmış müqavilələri və pul vəsaitinin ödənilməsini təsdiq edən sənədləri əlavə etməklə) məlumatları;

8. Son 10 ildə hansı (adları, soyadları göstərilməklə, eləcə də bu cavab məktubuna müvafiq müqavilələri əlavə etməklə) legioner futbolçuların alınması və onların hər birinə ödənilmiş vəsaitlərə dair məlumatları;

9. Son 10 ildə AFFA tərəfindən milliləşdirilmiş (naturallaşdırılmış) əcnəbi futbolçular və onlara sərf olunan vəsaitlər (konkret adlar və xərclənmiş vəsaitlər göstərilməklə) barədə məlumatları;

10. Son 10 ildə İran İslam Respublikasından ölkəyə gətirilmiş  futbolçular (legionerlər və milliləşdirilmişlər daxil olmaqla) və onlara xərclənmiş vəsaitlər barədə məlumatları;

11. Son 10 ildə hər il üçün keçirilmiş Audit rəylərinin təsdiq edilmiş surətlərini;
Göstərilən sualların cavablandırılması və sənədlərin bizə təcili verilməsi məhkəmədə mübahisənin ədalətli araşdırılması üçün vacib və qaçılmazdır."

Qeyd edək ki, AFFA Aslan İsmayılovu qurum barədə böhtan xarakterli məlumatlar yaymaqda, işgüzar nüfuzuna xələl gətirməkdə günahlandırır və 10 min manat təzminat tələb edir. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2024
09:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

02:10

AL: "Bayer" yenə son dəqiqədə sevinib yarımfinala adladı

01:56

KL: "Fənərbağça"nı yarımfinala buraxmadılar 

18 Aprel 2024
20:56

"Siti" ilə oyundan öncə Karlonun əsnədiyini gördüm və..." - Ançelotti Bellingemdən nə istəyib?

19:27

"Real"ın əfsanələri bir araya gəlir - 14 il sonra

18:39

"Arsenal" illərdir Münhendə qələbə qazana bilmir

18:08

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı bilindi

17:55

"90 dəqiqə mübarizə aparmağa fiziki gücümüz çatmır" - Ədəhim Niftəliyev

17:28

"Çox məyusam, hamımız pərişanıq" - Deklan Rays

17:09

"Sumqayıt" "Turan Tovuz"la görüşə neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:52

U-17-nin heyətində dəyişiklik edildi

16:29

"Turan Tovuz" "Sumqayıt"la oyuna 4 itki ilə çıxacaq

16:12

"Müstəsna futbol oynadıq, amma..." - Xosep Qvardiola

15:52

U-17 beynəlxalq turnirə gedir

15:35

"Roma" De Rossi ilə bağlı qərarını açıqladı - SON DURUM

15:17

"Oyun ərzində "Real" üzərində dominantlıq etdik" - Ruben Diaş

14:50

Umbayev Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

14:34

Azərbaycan millisinin kapitanı çempion oldu

14:15

"Heç vaxt belə bir şey xəyal edə bilməzdim" - Cud Bellingem

13:57

Yeni pəncərə açılıb, yeni nəfəs hələ yoxdu

13:40

"Mançester Siti" bizdən yaxşı futbol oynayır, amma..." - Federiko Valverde

13:23

"Real"ı "lotoreya"da güldürən qələbə - VİDEO

13:06

AFFA 30-cu turun cəzalarını açıqladı

12:58

"Yolumuza davam edəcəyimizə əmin idik" - Karlo Ançelotti

12:40

"Öyrənməliyik" - Mikel Arteta

12:21

Devid İtaliya nəhəngi ilə anlaşdı - Bu qiymətə

11:05

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

10:25

"Premyer Liqada iştirakımıza mane olacaq heç bir əngəl yoxdur" - "Zaqatala"nın baş məşqçisi

10:06

İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu

09:23

"Bayer"in ilk yay transferi bilindi

09:00

BOStan, yoxsa idman qurğusu?

01:52

ÇL: "Bayern"lə "Real" yarımfinalda 

17 Aprel 2024
23:45

Qurban Qurbanov Moskva "Spartak"ında?

20:18

Mbappe İbrahimoviçə çatdı

19:30

Almaniya nəhəngi Fyürixi, o isə bu klubu istəyir

18:40

Premyer Liqa nəhəngləri Bundesliqa klubunun oyunsuna elçi düşdülər

17:59

"İmişli" Lozannadakı məhkəməyə şikayət edəcəkmi?

17:35

Romario 58 yaşında karyerasını bərpa etdi: "Arzumu yerinə yetirməyi hədəfləmişəm"

17:18

"Real"dan zəng gələndə iki dəfə fikirləşmədim" - Cud Bellingem

16:59

18-ci turun oyununa külli miqdarda pul yatırıldı - Azərbaycanda

Facebookdan bizi izləməyi unutmayın.
X