Azərbaycan Premyer Liqasının 8-ci turunda "Səbail"ə sürpriz şəkildə uduzan "Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyası başa çatıb.
Fanat.Az xəbər verir ki, ardıcıl 16 oyunda yenilgi tanımayan "köhlən atlar" 17-ci matçdan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, texniki məğlubiyyəti nəzərə almasaq, bu nəticə "Səbail"in "Qarabağ" üzərində ilk qələbəsi kimi də tarixə düşüb.
Nihat