11:17 26.10.2021 257

"Neftçi" "Qarabağ"a çatdı, "Sabah" ilk qələbəsini qazandı - Tura baxış

Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları üç gün ərzində keçirildi.

Bu da “iki cəbhə”də mübarizə aparan “Qarabağ”ın “Kayrat”la oyundan sonra bir gün artıq dincəlmək istəyi ilə əlaqəliydi. “Köhlən atlar” nəfəslərini dərdilər, amma bu da onlara məğlubiyyətdən qaçmaq üçün yetərli olmadı. Ardıcıl 15 oyunda məğlubiyyət üzü görməyən “Qarabağ”ın xalsız qaldığı turda “Sabah” mövsümdəki ilk qələbəsinə sevindi. Bu turda yaşananlara sırasıyla nəzər salaq.

“Sabah” - “Sumqayıt” 3:0
Qollar:
Fofana Tiemoko, 60, 83, Ceyhun Nuriyev, 79
Qırmızı vərəqə: Murad Xaçayev, 11

“Sabah” ikinci dövrəyə qələbəylə başladı. Maraqlıdı ki, “Sumqayıt”la oyun öncəsi komandanın baş məşqçisi Ramin Quliyev istefa ərizəsini rəhbərliyə təqdim etmişdi. Rəhbərlik də çalışdırıcının ayrılıq istəyinə qarşı çıxmamış, onunla yolların ayrılmasına qərar vermişdi. “Sumqayıt”la qarşılaşmada ehtiyat oyunçular skamyasından futbolçulara klubun Müşahidə Şurasının üzvü Anatoli Ponamoryovun göstəriş verirdi. Ya onun ayağı komanda üçün düşərli oldu, ya da Ramin Quliyevin gedişdi. “Sabah” “Sumqayıt”ı üç cavabsız qolla məğlub etdi və mövsümdəki ilk qələbəsini qazandı. 

Düzdü, “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov oyundan sonra baş hakim İnqilab Məmmədovu “qaralamışdı” və onun fikrincə komandasının məğlubiyyətində həlledici məqam Xaçayevin meydandan qovulması olub. Hərgah ki, “Sumqayıt” azlıqda qalsa da, rəqibindən heç də geri qalmırdı. Təsadüfi deyil ki, oyunda ilk qol 60-cı dəqiqədə vuruldu. Azlıqda qalan “Sumqayıt”ın fiziki cəhətdən çatdırmadığını, bu səbəbdən də son yarımsaatda üç qol buraxdığını təxmin etmək çətin deyil.

Qələbəyə baxmayaraq “Sabah” sonuncu pilləni tərk etməyi bacarmadı. Cəmi 4 xal toplamağı bacaran komanda 7-ci pillədəki “Keşlə”dən 3 xal geri qalır. Yaxşı günlərini yaşamayan “Sumqayıt” isə səkkiz oyundan 8 xal toplayıb və 6-cı sıradadı.

“Neftçi” - “Zirə” 2:1
Qollar:
Sezar Meza Kolli, 39, Mirabdulla Abbasov, 84 - Ağabala Ramazanov, 6

Heç şübhəsiz ki, Premyer Liqada “Neftçi”nin əsas rəqiblərindən biri də “Zirə”di. Rəşad Sadıqovun komandası hər zaman “Neftçi”yə başağrısı olmağı bacarır. Bu komandaların ilk dövrədəki görüşündə “ağ-qaralar” 2:1 hesablı qələbəyə sevinmişdilər. Maraqladır ki, bu dəfə də eyni hesab qeydə alındı, özü də sevinən tərəf bu dəfə də “Neftçi” oldu. 

Baxmayaraq ki, görüşdə hesabı açan tərəf qonaqlar idi. Artıq 6-cı dəqiqədə “Neftçi” qapısında qol gördü. Künc zərbəsindən sonra qapı qarşısında yaranan qarışıqlıqdan sonra Ağabala Ramazanov toru silkələdi. Bundan 33 dəqiqə sonra “Neftçi” hesabı bərabərləşdirdi. Təcrübəli Sezar Meza Kollinin başla vurduğu zərbə effektiv alındı və komandalar fasiləyə bərabərliklə yollandılar. İkinci hissədə “Neftçi” üstün tərəf kimi görünsə də “Zirə” bərabərlik qolunu uzun müddət qoruya bildi. 84-cü dəqiqədə Mirabdulla Abbasov oyunun qəhrəmanına çevrildi. Maraqlıdı ki, o da başıyla topu qapıdan keçirdi. Amma Abbasovun vurduğu qol daha baxımlı alındı.

Bu qələbə sayəsində “Neftçi” xalını 17-yə yüksəltdi. 12 xalda qalan “Zirə” isə “Qəbələ”ni özündən irəli buraxdı.

“Keşlə” – “Qəbələ” 2:3 
Qollar:
Aldair Neto, 38, Amil Yunanov, 90+7 - Ruan Renato, 23, Asif Məmmədov, 30, İsnik Alimi, 59
Qırmızı vərəqə: Stefan Vukçeviç, 69

“ASK Arena”dakı qarşılaşma bolqollu və gərgin alındı. Maraqlıdı ki, artıq görüşün 30-cu dəqiqəsində “Qəbələ” 2:0 hesabıyla irəlidə idi. Ruan Renato hesabı açmış, təcrübəli Asif Məmmədov isə komandasının üstünlüyünü iki topa çatdırmışdı. Yaxşı ki, Aldair Neto fasiləyə qədər bu toplardan birinin əvəzini çıxa bildi. Əks halda ikinci hissədə “Keşlə” üçün daha çətin olacaqdı. Düzdü, İsnik Alimi ikinci hissənin ortalarına qədər “Qəbələ”nin üstünlüyünü yenidən iki topa çatdırmışı. Amma 69-cu dəqiqədə “Keşlə” yenidən ümidləndi. Bu dəfə onları sevindirən vurduqları qol yox, Vukçeviçin meydandan qovulması idi. Di gəl ki, say üstünlüyündən yararlanıb, meydandan xalla ayrılmaq mümkün olmadı.

Düzdü, Amil Yunanov “Qəbələ”nin qapısına yol tapmağı bacardı. Lakin bu hadisə hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə baş verdi və “Keşlə”nin bərabərlik qolu vurmağa vaxtı çatmadı.

Az əvvəl qeyd etdiyimiz kimi, artıq “Qəbələ” “Zirə”ni üç xal üstələyir və əyalət təmsilçisi 3-cü pillədəki yerini inamla qoruyur. “Keşlə” isə yalnız “Sabah”a yuxarıdan aşağı baxır.

“Səbail” – “Qarabağ” 3:1 
Qollar:
Nikolas Raysel, 32. Mirsayib Abbasov, 42. Turan Manafov, 90+1 - Kadi Borqes, 65

Qurban Qurbanovun qorxduğu başına gəldi. Çalışdırıcı hələ “Kayrat”la oyundan əvvəl “Qarabağ”ın uzun müddət uduzmamasının futbolçularda gərginlik yarada biləcəyindən ehtiyat etdiyini demişdi. Qurban bəy özü də başa düşürdü ki, bu seriya gec-tez başa çatacaq. Gözlənilən hadisə “Səbail”lə oyunda yaşandı. Beləcə, ardıcıl 16 oyunda uduzmayan “Qarabağ” Bayılda məğlubiyyətlə barışmalı oldu.

Oyunun ilk dəqiqələrindən “Qarabağ”ın futbolçularının ehtiyatla oynadığı, bərbad süni örtükdə zədələnməkdən ehtiyatlandığı hiss edilirdi. “Kayrat”la oyunda xeyli güc sərf edən, emossianal anlar yaşayan futbolçular oyuna köklənmədə də problem yaşayırdılar. “Köhlən atlar” az güc sərf edib, maksimum nəticə qazanmaq istəyirdi. Lakin bunu bacrmadılar.

“Səbail”in qələbəsində Kamran Ağayevin qurtarışları da həlledici rol oynadı. Təcrübəli qapıçı az iki epizodda komandasını qoldan xilas etdi. Tural Manafovun cərimə zərbəsindən vurduğu qol isə həm gözəl alındı, həm də heç-heçə üçün irəli atılan “Qarabağ”ın ümidlərinin üzərindən xətt çəkdi.

Bu qələbə sayəsində 9 xallı “Səbail” 5-ci pilləyə yüksəldi. 17 xalda qalan “Qarabağ” isə “Neftçi”nin nəfəsini yaxından hiss edir. Xatırladaq ki, oktyabrın 30-da çempionatın liderləri “Azərsun Arena”da qarşılaşacaqlar.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 Dekabr 2021
10:23

"Qızıl top" Messiyə düşmədi - 30 milyonluq ziyan

10:07

"Beşiktaş"ın prezidenti bu açıqlamasının güdazına getdi - VİDEO

09:46

İPL: "Arsenal" feyr-pleyə əməl etmədi - VİDEO

08:00

Kerrik MY-ni tərk etdi

02:17

İPL: Ronaldu dubl etdi, "Arsenal" məğlub getdi

01:58

A Seriyası: İki oyunda 12 qol vuruldu

01:37

Ronaldu yubiley qolunu vurdu

00:26

Fernandeşdən inanılmaz göstərici - Beləsi İPL-də yoxdur

02 Dekabr 2021
23:32

"Fiorentina" Fransa klubunun ulduz oyunçusuyla anlaşdı

23:04

Ukrayna millisi Azərbaycanla oyuna bu heyətlə çıxacaq

22:42

Kavani İspaniya nəhəngi ilə razılığa gəldi

22:16

Azərbaycan yığmasından BƏƏ-də növbəti heç-heçə

22:05

DÇ-2022: Miqrantların ölümü təsdiqləndi - 6500 işçi həyatını itirib?

21:17

Mahir Emreli Dubaya yollanır - RƏSMİ

20:40

Ranqnik "Layptsiq"in müdafiəçisini MY-yə aparır

19:54

Futbolda fərqli oyun üslubları

19:13

Kristian Eriksen məşqlərə başladı

18:50

AFFA De Byazinin müqaviləsinə yeni bənd əlavə etdi

18:28

"Qarabağ"ın sabiq legioneri məşqçiliyə başladı

17:51

"Napoli" baş məşqçisiz qaldı

17:37

Ranqnik "Mançester Yunayted" - "Arsenal" matçını tribunadan izləyəcək

17:19

Zlatan İbrahimoviçin kitabı işıq üzü gördü

17:04

Transfer şayiələri: "Real Madrid" "transfer bombası" partlatmağa hazırlaşır

16:50

Milli Olimpiya Komitəsində hesabat-seçki konfransı keçiriləcək

16:33

Şəhid övladı “Neftçi”nin qonağı oldu

16:16

“Qarabağ”ı gözləyən təhlükə

15:55

Milli Olimpiya Komitəsində karateçilərlə görüş keçirildi

15:38

"Azərbaycan futbolunun xilas yolu..." - SORĞU

15:17

Vüqar Həşimov Memorialının iştirakçıları müəyyənləşdi

14:59

Gəncə Futbol Akademiyasının görüntüləri yayımlandı

14:44

"Səbail"in şikayətinə baxılmadı

14:23

"De Byazinin qalması daha məqsədəuyğundur" - Yunis Hüseynov

13:52

Mədət Quliyev yığmaya yeni baş məşqçi təyin etdi

13:31

Quardiola futbolçusunu yerə-göyə sığdırmadı: "Onu "ən yaxşı" hesab edirəm"

13:08

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirildı - Qərarlar

12:54

AFFA De Byazi ilə bağlı qərarını açıqladı

12:42

Azərbaycan cüdoçuları nominasiyalardan kənarda qaldı

12:20

Holand "hə" desə, Ranqnik 10 milyon qazanacaq

11:59

Günün oyunları bu kanallarda - AFİŞA

11:34

"Bu, islama və insanlığa ziddir" - LGBT-yə qarşı sərt tənqid

Facebookdan bizi izləməyi unutmayın.