10:26 30.10.2021 967

"Qarabağ" - "Neftçi" oyununa münəccimin proqnozu

Bu gün Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində “Qarabağ” doğma meydanda “Neftçi” ilə qarşılaşacaq.

Turun mərkəzi görüşü 18:30-da Suraxanıda yerləşən "Azərsun Arena"da keçiriləcək. 

Fanat.Az  "Qarabağ" - "Neftçi" oyunu ilə bağlı münəccimin proqnozunu təqdim edir.

"Qarabağ"

Qurban Qurbanovun yetirmələri  Azərbaycan çempionatında yenə də yüksək səviyyəli oyun göstərməkdədir. Təbii ki, klubun əsas məqsədi ötən mövsüm əldən verdiyi çempionluq titulunu geri qaytarmaqdır. "Qarabağ" Premyer Liqada ən yaxşı müdafiəyə sahibdir. 8 oyuna qapısından cəmi 7 qol buraxıb. 

VIII turda Ağdam təmsilçisi gözlənilmədən səfərdə Bakının "Səbail" komandasına məğlub oldu - 1:3. Klubun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında futbolçularda olmadığı qeyd etmişdi. Sözsüz ki, meydanın süni ot örtüyü faktoru da "Qarabağ"ın futbolçularına təsir etmişdi. Qeyd etməliyik ki, həmin oyunda Abdellah Zubir, Filip Ozobiç, Toral Bayramov və Maksim Medvedyev komandanın əsas heyətində meydana çıxmamışdı. 

“Neftçi” “Qarabağ” üçün son dərəcə arzuolunmaz rəqibdir. Amma  APL-in cari mövsümünün 3-cü turunda son çempiona səfərdə  qalib gələn (2:1) "Qarabağ" olduqca yaxşı formada olduğunu göstərmişdi. 

"Neftçi"

"Ağ-qaralar" hazırda “Qarabağ”la eyni xala sahibdir və sözsüz ki, turnir cədvəlinin lideri olmağa çalışacaq. Vurulan 16 qolla "Neftçi"nin cari mövsüm APL-in ən yaxşı hücum xəttinə malik olduğunu qeyd edə bilərik. 5 oyundur məğlubiyyət acısı yaşamayan paytaxt klubu son turda “Zirə”ni üstələyib (2:1). 

"Neftçi"nin bombardiri yoxdur. Amma demək olar ki, komandanın hər futbolçusu fərqlənə bilir. Bu isə yaxşı komanda oyununun göstəricisidir. 

Proqnoz 

Hər iki komanda bu oyuna xüsusi yanaşır. Prinsipiallıq baxımından qalibiyyət olduqca önəmlidir. Çempionatdakı gözlənilməz məğlubiyyətdən sonra Qurbanovun komandası oyuna maksimu köklənəcək. Bir daha qeyd edək ki, 3-cü turda "Neftçi" ilə səfərdə oynamasına baxmayaraq "Qarabağ" böyük üstünlüyə sahib idi. Bu gün "köhlən atlar" "Neftçi" ilə müqayisədə daha iddialı görünür. Üstəlik meydan sahibi olması faktoru da var.  Düşünmək olar ki, "Qarabağ"ın irəlidə UEFA Konfrans Liqasında səfər oyunu var deyə ola bilsin ki, gücünü məhz ora saxlasın.  Amma Konfrans Liqasına hələ 5 gün var və Qurbanov üçün bugünkü oyuna yanaşma olduqca məsuliyyətli olacaq.

Münəccimin ilk proqnozu "Qarabağ"ın qələbəsidir. Xarici bukmeker kontorları bunu 1,83 - 2,00 əmsalla qiymətləndirir. 

Son 5 oyuna baxsaq "Neftçi" "Qarabağ"ın meydanında iki dəfə fərqlənə bilib və hər ikisində də qələbə qazanıb. Proqnoz yazanda "Qarabağ"ın da səfərdəki 6:0-lıq qələbəsini yaddan çıxarmamalıyıq. Bir sözlə hər iki komanda hücumda performans göstərə biləcək. 

Bunları nəzərə alaraq münəccim oyunda hər iki komandanın qol vura biləcəyini proqnozlaşdırır (QQ). Əmsal - 1,72.

Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X