20:36 30.10.2021 2201

Göz yaşları ilə başa çatan "Azərbaycan derbisi" - OYUNDANKƏNAR

Ötən mövsümün son turunda "Neftçi"yə uduzaraq çempionluq seriyası qırılan "Qarabağ" bu yenilginin əvəzini ilk dövrədə "Bakcell Arena"da çıxsa da, bu, "Azersun Arena"dakı duelin prinsipiallığını  azaltmırdı. "Neftçi"nin baş məşqçisi Samir Abasovun ötən oyundan sonra ağdamlı azarkeşlərlə atışmasını nəzərə alsaq, ən azından ona təzyiqin olacağı gözlənilən idi. Çempionluğa iddialı komandaların qarşılaşması  oyundankənar məqamlar baxımından zəngin oldu. 

"Azərbaycan derbisi"  adını qazanan görüş azarkeş kütləsi baxımından cəlbedici sayılırdı. Düzdü, stadion dolmamışdı. Onsuz da pandemiyaya görə stadionun tutumunun yarısı qədər bilet satışa çıxarılmışdı.

Stadionun giriş qapılarının qarşısında isə basırıq idi. Hətta media tribunasına qalxmaq üçün böyük izdihamı yarmalı olduq. 

Hər iki komandanın tərəfdarları kifayət qədər fəal idi. Komandaların meydana çıxması ilə qarşılıqlı replikalar da qızışdı. Bu mənada meydan sahiblərinin "qonaqpərvərliyi" xüsusi qeyd olunmalıdı. 

Hakimin start fiti səslənən kimi "İmarət Tayfa"nın tribunasında məşəllər alovlandı. Belədə stadionun diktoru tərəfdarlara səslənib pirotexniki vasitələrdən istifadə etməməyə səslədi. Məşəl söndükdən sonra da tüstüsü uzun müddət çəkilmədi. 

3:0-dan sonra "Neftçi" azarkeşlərinin "istefa" qışqırması təbii qarşılanardı. Amma bunu "İmarət Tayfa"nın üzvləri etdi. Bu zaman Qurban Qurbanov diqqət mərkəzinə düşdü. Əsəbi şəkildə əlini yelləyərək azarkeşləri istefa qışqırmaqdan çəkindirdi. 

35-ci dəqiqədə Ömər Buludov qapıçıyla təkbətək çıxan İbrahima Vadjini kobudluqla dayandırmaqla yanaşı, özü də ciddi xəsarət aldı. Ona hər iki komandanın həkimləri yardım etdi. Müdafiəçini komanda yoldaşları xərəkdə meydanın kənarına daşıdılar. Bəzi azarkeşlər Buludova qırmızı vərəqə göstərilməsini tələb etsə də, hakim qapıya məsafənin uzaqlığını və görünür hesabı nəzərə alıb "sarı" ilə kifayətləndi". Bu zaman referi vərəqəni nümayiş etdirmədi, sadəcə, onu cibindən çıxarıb üzərinə müvafiq qeyd etməklə kifayətləndi. Bu da Ömərin meydanı xərəkdə tərk etməsinə görə idi. 

Oyunboyu bir-birinin ünvanına kəskin ifadələrdən çəkinməyən "Neftçi" və "Qarabağ" azarkeşlərinin 44-cü dəqiqədə birağızdan "Şəhidlər ölməz, Vətən bölünməz" şüarını səsləndirməsi xoş görüntü idi.

"Qarabağ" sonuncu - 4-cü qolunda kobud səhvə yol verən Aqil Məmmədov ağladı. Onu komanda yoldaşları çətinliklə sakitləşdirdilər.

Qeyd edək ki, "Azərbaycan derbisi"ni 4:0 hesabı ilə bitirən "Qarabağ" xal sayını 20-ə çatdıraraq turnir cədvəlində liderliyini möhkəmlətdi. 17 xala sahib "Neftçi" isə ikinci pillədə qərarlaşıb.

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X