
"Sabah"ın baş məşqçisi Murad Musayevin köməkçilərindən daha birinin kimliyi müəyyənləşib.
Fanat.Az-ın məlumatına görə, "Səbail"in əvəzedicilərinin baş məşqçisi postunu tutan Ruslan Qafitulin iş yerini dəyişib.
O, Masazır təmsilçisində Musayevin köməkçilərindən biri olacaq.
Qeyd edək ki, bundan əvvəl Artur Olenin, Aleksey Malaxov və Vitali Korneyevin təyinatı açıqlanmışdı. Olenin Murad Musayevin əsas, Korneyev ikinci köməkçisi olacaq. Malaxov isə fiziki hazırlıq üzrə məşqçi funksiyasını yerinə yetirəcək.
Mirağa