11:27 08.11.2021 798

“Neftçi” “qara zolaqda”, “Sabah” dirçəlməyə davam edir – Tura baxış

Peşəkar Futbol Liqasının möhtəşəm qələbəmizin şərəfinə “Zəfər turu” adını verdiyi 10-cu tur başa çatdı. Ötən həftə olduğu kimi, bu tur da bir-birindən maraqlı qarşılaşmalara şahidlik etdik.

İndi də sırasıyla həmin qarşılaşmalarda baş verənlərə diqqət yetirək.

“Sabah” – “Zirə” 3:3
Qollar:
Coy-Lens Mikels, 1, 23, Xuan Kamara, 45+2 - Davit Volkov, 5, 59, 81
Qırmızı vərəqə: Xuan Kamara, 47

Yeni komandasını Qəbələdə iş başında görən Murad Musayev “Zirə”ylə oyunda Azərbaycan Premyer Liqasında debüt edirdi. Bəribaşdan qeyd edək ki, rusiyalı çalışdırıcının debütü gözləniləndən də uğurlu alındı. Düzdü, onun komandası qələbəyə sevinə bilmədi. Amma artıq birinci dəqiqədə Coy-Lens Mikels hesabı açdı və yeni baş məşqçisinə “xoş gəldin” dedi. Bu hadisə Kamal Umudlunun start fitindən cəmi 45 saniyə sonra baş verdi. Amma “Sabah”ın qol sevinci uzun çəkmədi. 5-ci dəqiqədə Volkov dəqiq baş zəbrəsiylə hesabı bərabərləşdirdi.

Qoldan sonra qonaqlar üstünlüyü ələ keçirib, qol vəziyyətləri yaratsalar da, “Sabah” növbəti dəfə fərqlənməyi bacardı. “Zirə”nin müdafiəçiləri süni oyundan kənar vəziyyət yaratmaq istədilər. Mikels isə onların bu “toruna” düşmədi və komandasını yenidən önə çıxardı. Meydan sahibləri bu qolla kifayətlənməyib fasiləyə qədər daha bir dəfə fərqləndilər. Kamara “Zirə”nin müdafiəsindəki çaşqınlıqdan əla yararlandı. Kim bilir, bəlkə də qonaqların müdafiəçiləri hakimin fitini gözləyirdilər ki, özlərini paltardəyişmə otağına çatdırıb, nəfəslərini dərsinlər...

3:1-dən sonra “Zirə”nin Masazırda uduzmayacağına inanmaq çətin idi. Amma çoxları belə düşünsə də, gürcü Davit Volkov belə düşünmürmüş. Qol duyumu yüksək olan gürcüstanlı 59 və 81-ci dəqiqələrdə daha iki dəfə fərqlənməklə özünün “het-trik”ini rəsmiləşdirdi. Bununla Volkov komandasına da 1 xal qazandırmış oldu.

“Keşlə” – “Neftçi” 3:2
Qollar:
 Santos, 41, pen., Rəhman Hacıyev, 49, Anatole Abanq, 86 - Tiaqo Bezerra, 11, 35

“Neftçi” də “Sabah” iki iki top üstünlüyündən sonra qələbəni əldən verdi. Özü də “Sabah”dan fərqli olaraq, “Neftçi” məğlubiyyətdən qaçmağı da bacarmadı. Halbuki, “ağ-qaralar” “ASK Arena”da qələbə qazanmağa çox yaxın idilər. Tiaqo Bezerra 35-ci dəqiqəyə qədər rəqibin qapısına iki dəfə yol tapmaqla azarkeşlərin üzünü güldürmüşdü. Bezerra 11-ci dəqiqədə başıyla topu tora qovuşdurdu. Bu epizodda Namaşkonun da topa reaksiya verməkdə gecikdiyini qeyd edək. 20-ci dəqiqədə Felipe Santos bu qola cavab verə bilərdi. Di gəl ki, müvazinətini itirən hücumçu topa dəqiq zərbə vura bilmədi. Bundan 15 dəqiqə sonra Bezerra “dubl”unu rəsmiləşdirdi. “9” nömrə cərimə zərbəsindən sonra qapı qarşısında yaranan qarışıqlıqdan yaxşı istifə etdi. Həmin epizodda “Keşlə”nin müdafiəçiləri onu nəzarətsiz buraxmışdılar.

Əsas qapıçısı Aqil Məmmədovu zədə, baş məşqçi Samir Abasovu cəza səbəbindən itirən “ağ-qaralar” uğurun davamını gətirə bilmədi və qələbəni əldən verdi.

41-ci dəqiqədə Santos qapıçının ona qarşı kobudluğuna görə təyin olunmuş penaltini dəqiq yerinə yetirdi. 2-ci hissənin startından 4 dəqiqə sonra isə Rəhman Hacıyev uzaqdan “öldürücü” zərbə vurdu. Müqaviləylə “Neftçi”yə məxsus olan, “Keşlə”də icarə əsasında oynayan Hacıyev bu qola sevinmədi. Abanqın 86-cı dəqiqədə vurduğu qol isə “Keşlə”nin düşərgəsində əsl toy-bayram havası yaratdı. Zarafat deyil, “Keşlə” 0:2 hesabıyla geri düşdüyü oyunda “Neftçi”ni məğlub etməyi bacarırdı. Qalan dəqiqələrdə hesabdakı üstünlüyü qoruyan meydan sahibləri 3 xal sayəsində “Səbail”i azı bir günlük üstələdilər. Hadisələrin sonrakı gedişatı göstərdi ki, bu məğlubiyyətin bədəli “Neftçi” üçün daha ağır oldu...

“Səbail” – “Qəbələ” 0:2 
Qollar:
Emil Səfərov, 88, Məqsəd İsayev, 90+5
Qırmızı vərəqə: Yurqen Qoxa, 56

“Neftçi”nin məğlubiyyəti “Qəbələ” üçün “Səbail”lə oyunun əhəmiyyətini artırmışdı. “Qırmızı-qaralar” Bayıldan 3 xalla ayrıla bilsəydilər, turnir cədvəlində 2-ci pilləyə yüksələcəkdilər. “ASCO Arena”nın bərbad süni örtüyü üzərində keçirilən oyunda sonluq elə “Qəbələ”nin istədiyi kimi oldu. Rəvan Həmzəzadənin start fitindən sonra irəli atılan qonaqlar topa və meydana nəzarəti əllərində saxlasalar da, hesab sona dəqiqələr qalmış açıldı. Qeyd edək ki, 56-cı dəqiqədən etibarən “Səbail” azlıqda qalmışdı, komandanın əsas silahlarından sayılan Yurqen Qoxa meydandan qovulmuşdu. Hesabı açan isə “Qəbələ” akademiyasının 19 yaşlı yetirməsi Emil Səfərov oldu. Fernan Lopes Emildən aldığı ötürməni dəqiq və incə toxunuşla onun özünə qaytardı. Gənc futbolçu da əla qol duyumunu nümayiş etdirərək toru silkələdi. 

Qoldan sonra da sakitləşmək bilməyən “Qəbələ” hakimin əlavə etdiyi 5-ci dəqiqədə ikinci dəfə “Səbail”i məyus etdi. Künc zərbəsindən sonra top yenə də Lopesin ayağına düşdü. “Qəbələ”nin “9” nömrəsi bu dəfə Məqsəd İsayevə məhsuldar ötürmə verdi. Bu isə “Qəbələ”nin 2:0 hesablı qələbəsinin, həm də ikinci pilləyə yüksəlməsinin rəsmiləşməsi idi.

“Sumqayıt” – “Qarabağ” 0:4 
Qollar:
Ramil Şeydayev, 39. Musa Qurbanlı, 45+3; 77. Maksim Medvedev, 51-pen.

“Qarabağ” qələbələrə və azarkeşlərini sevindirməyə davam edir. “Köhlən atlar”ın bu dəfəki “qurbanı” “Sumqayıt” oldu. “İki cəbhə”də inamla mübarizə aparan Ağdam təmsilçisi “Sumqayıt”ın qapısına dörd cavabsız top vurdu.

Oyunun startında Filip Ozobiç Ramil Şeydayevə qarşı kobudluğa görə təyin olunan penaltini dəqiq yerinə yetirsəydi, Riad Rəfiyevin komandası “yağlı 5” almış olacaqdı. Qurban Qurbanovun üzünü güldürən Ramil Şeydayevin formasını bərpa etməsi, oğlu Musa Qurbanlının “ayağının açılması”dı. Şeydayev 39-cu dəqiqədə hesabı açıd, Musa isə iki gözəl qolla komandasının qələbəsində böyük rol oynadı. Maksim Medvedev isə 51-ci dəqiqədə penaltidən toru silkələdi.

“Sumqayıt”ın fiaskosu isə bitmək bilmir. İranlı hücumçulara qucaq açan “Gənclik şəhəri” təmsilçisi 10 tur ərzində cəmi 7 qol vurub və artıq 5-ci pillədəki “Zirə”dən beş xal geri qalır. Elə lider “Qarabağ” da ən yaxın izləyicisi “Qəbələ”ni eyni xal fərqi ilə qabaqlayır.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X