12:12 24.11.2021 2846

"Neftçi"nin doğru seçimi

"Neftçi" 3 oyundur məğlub olur. Futbolumuzun flaqmanı adına yaraşmayan hal. Sonuncu dəfə buna bənzər vəziyyət 2017-ci ildə yaşanıb. O vaxt da komanda bərbad çıxış ilə yadda qalmış, nəticədə mövsümü 7-ci yerdə başa vurmuşdu.

Cari mövsüm də komanda üçün uğursuz başlayıb. Əvvəl avrokuboklarla vidalaşan "Neftçi" daxili birincilikdə 17 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Əcəba, 8 ildən sonra çempion olan komanda yeni mövsümdə niyə durğunluq yaşasın? 

Keçən ilin bu ayında "Neftçi"də baş məşqçi dəyişikliyi baş verdi. "Qarabağ"a 0:6 hesablı məğlubiyyətdən sonra baş məşqçi Füzuli Məmmədov öz istəyi ilə "Neftçi"dən getdi. Buna kimi klub daxilində baş verənlər F.Məmmədovun komandadan gec-tez ayrılacağından xəbər verirdi. Çünki rəhbərlik onun komandada qalmasını istəmirdi. Səbəbləri heç kimə sirr olmasa da, bir qədər sonra açıqlayacam. Sadəcə, bir qığılcım yetərli idi və bu qığılcım noyabrın 8-də «Qarabağ»la oyunda alovlandı. Özünə hörmət edən bir məşqçinin əsas rəqibdən aldığı bu cür ağır məğlubiyyətdən sonra istefa verməsi normal hal idi. F.Məmmədovun gedişindən bir müddət əvvəl mətbuatda Samir Abasovun "Neftçi"yə gətiriləcəyi ilə bağlı bol-bol xəbərlər yer almağa başlamışdı. Hətta S.Abasov saytların birinə verdiyi açıqlamada bu heyətlə böyük işlər görə biləcəyini bildirmişdi. Görə bildimi? 

Düzdür, komanda 8 ildən sonra çempion oldu. Amma zaman göstərdi ki, bu çempionluq bir təsadüf idi. Birincisi, "Neftçi"nin çempion olmasına "Qarabağ" şərait yaratdı. İkincisi, avrokuboklara Çempionlar Liqasından qoşulan komanda heç Konfrans Liqasının qrup mərhələsinə düşə bilmədi. Yəni, biabırçı nəticələrlə yadda qaldı. Üçüncüsü, cari çempionatda bərbad çıxış. Bütün bunlara rəğmən, ötən mövsüm "Qarabağ"a 0:6 hesabı ilə məğlub olan komandanın baş məşqçisinin özünə hörmət edib istefa verdiyi halda, bu il eyni rəqibə 0:4 hesabı ilə uduzan komandanın baş məşqçisi postunda qaldı. Bundan sonrakı 2 oyunda da hesabda irəli olmasına baxmayaraq, məğlub olan komandada sakitlikdi. Mətbuatın iddiasına görə ötən turda "Sabah"a məğlubiyyətdən sonra S.Abasov komandadan getmək istədiyini bildirib. Lakin klub rəhbərliyi onun istefasını qəbul etməyib və qışa kimi gözləməyi məsləhət bilib. Bəlkə? Əsla, Samir Abasovun komandadan göndərilməli olduğunu demək istəmirəm. Məqsədim uğursuzluqların nələrdən qaynaqlandığının fərqinə varmaqdı.

Bir qədər əvvələ qayıdaq. Yəni, Fizüli Məmmədovun "Neftçi"dən ayrılmasına. Bayaq qeyd etdim ki, özünə hörmət edən məşqçinin böykhesablı məğlubiyyətdən sonra istefa verməsi normal haldı. Anormal olan isə klub rəhbərliyinin onun istefa ərizəsini dərhal qəbul etməsi idi. Çünki F.Məmmədovun gedişi onlara sərf edirdi. Belə olmasaydı, liderdən cəmi 1 xal geri qalan «Neftçi»də baş məşqçi dəyişikliyi vacib deyildi. Maraq üçün qeyd edim ki, ötən mövsüm 9-cu turda "Qarabağ"a yenilgidən sonra "Neftçi" 14 xalla 4-cü pillədə qərarlaşmışdı və liderlər qrupunda yer alan "Sumqayıt", "Qarabağ" və "Zirə"dən cəmi 1 xal az yığmışdı. Vəziyyət çıxılmaz deyildi. F.Məmmədov klubun "transfer siyasəti"ndə çoxlarına mane olurdu. O cümlədən baş məşqçinin gedişindən dərhal sonra istefa verən klubun idman direktoru Ceyhun Sultanov da. Bu üzdən onların klubdan ayrılması an məsələsi idi. 

Daha bir anormal qərar baş məşqçi seçimi ilə bağlı idi. Əksəriyyət komandanın Mahmud Qurbanova tapşırılacağını düşünürdü. "Neftçi"nin əvəzedicilərinin baş məşqçisi futbolçu karyerasına görə Samir Abasovdan öndədi. Bunu heç kim dana bilməz. Məşqçi bacarığına gəldikdə isə, hər iki məşqçi "pro" kateqoriyalıdı, Premyer Liqa təcrübəsi var. Üstəlik Abasovdan fərqli olaraq Mahmudovun milli təcrübəsi də yetəricə idi. Belə bir vəziyyətdə evin içində hazır kadr ola-ola kənardan məşqçi gətirmək… M.Qurbanovun haqqına girmək idi. 

"Neftçi"nin indiki vəziyyət düşməsinin ən başlıca səbəblərindən biri klubun transfer siyasətidi. Komanda Ceyhun Sultanov – Füzuli Məmmədov tandeminin dövründə edilən transferlərin köməyi ilə çempionluğu qazandı. Üstəlik, çempionluğa lazım olan 59 xalın 1/4-i Məmmədovun payına düşürdü. Bunu yada salan oldu?

Bu gün də həmin futbolçular komandanın özəyi hesab olunur. Cütlükdən sonra edilən transferlərə fikir versək… Keysuki Honda bir reklam idi. Ahmed Ahmedovun səviyyəsini hamı gördü. Babat hücumçu olsaydı, çempionluq qolunu vuran Ahmedovla mövsüm başa çatan kimi xudahafizləşməzdilər. Komandanın ən böyük problemlərindən biri hücumçu problemi idi. Gözləmək olardı ki, çempionluqdan dərhal sonra, avrokuboklarda uğurlu çıxış naminə səviyyəli hücumçu transfer olunacaq. Belə hücumçuya ehtiyac böyük idi. Məgər Samir Abasov istəmirdi ki, əlinin altında səviyyəli qoleador olsun? Əlbəttə istəyirdi. Gəl ki, rəhbərliyin bu yöndə yarıtmaz işi, baş məşqçiyə dəstək olmaması əvvəl komandanı Avropadan etdi, indi isə… İndisi məlumdur.

Hazırda "Neftçi"nin iştirak ərizəsində 12 legionerin adı var. Onlardan komandanın özəyi olan Mamadu Kane, Sabir Buqrin, Voyislav Stankoviç, Mamadu Mbodj, Yusuf Laval əvvəlki məşqçinin dövründə komandaya transfer edilib. Bəs, sonradan edilən transferlər? Yayda komandaya gətirilən Soares Harramizi ilk 2 turdan sonra meydanda görən olmayıb. Samir Abasov da futbolçunun çıxışından narazıdır və qışda göndərilməsi gözlənilir. Və ya İvan Korrea. Çempionat başlayandan sonra edilən bu transferin nə mənası var idi? Yaxud, avrokuboklara kimi hücumçu transfer etmək olmazdımı? İştirak ərizəsinə fikir versək, "Neftçi" 3 hücumçu sifariş verib. Ramon Maçado ilə Tyaqo Bezerra komandaya sentyabrda qoşulub. Belə çıxır bu boyda klub avrokuboklarda 1 hücumçu – Mirabdulla Abbasovla çıxış edib. 

Qısası, göründüyü kimi bu gün «Neftçi»də vəziyyət qanqaraldıcıdı. Ardıcıl 3 məğlubiyyət, çempionluq yarışında liderdən 9 xal geri düşmə, yarıtmaz transfer siyasəti və s. gələcəyə nikbin baxmağa əsas vermir. Qış fasiləsinə kimi qalan 4 oyun həlledici ola bilər. Çempionluq üçün deyil, dəyişikliklər baxımından. Çempionluq zatən bu mövsüm əlçatmazdı. "Qarabağ"ın 9 xallıq fərqi "xərcləyəcəyi" və ötən ilki səhvi təkrarlayacağı mümkün deyil. Növbəti uğursuzluq Samir Abasovun komandadan ayrılması ilə nəticələnə bilər. Füzuli Məmmədovla olduğu kimi bir qığılcım yetərlidir. Bu, baş verəcəyi təqdirdə… 

Artıq indidən ötən il olduğu kimi komandanın Mahmud Qurbanova tapşırılacağı deyilir, yazılır. "Professor" doğru seçimdi. Ən doğru seçim isə "Neftçi"ni bu günə salanların istefası olardı.

İlqar Tağıyev, 525-ci qəzet

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X