14:23 02.12.2021 1094

"De Byazinin qalması daha məqsədəuyğundur" - Yunis Hüseynov

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclasında millimizin baş məşqçisi Canni De Byazinin müqaviləsinin 2022-ci ilin oktyabrınadək uzadılmasına qərar verilib. 

Tanınmış futbol mütəxəssisi Yunis Hüseynov Fanat.Az-a açıqlamasında AFFA-nın bu qərarına münasibət bildirib:

"Bu barədə düşünüləsi bir şey yoxdur. Əvvəllər də qeyd etdiyim kimi, De Byazi qalsa, yaxşı olar. Niyə deyirdim qalsın? Onsuz da bilirdim ki, yerli məşqçiyə üstünlük verilməyəcək. Bu danılmaz faktdır. Ölkədə yerli məşqçiyə inam yoxdur və mövzu artıq bağlanıb. Belə olacağı halda, yenidən xaricdən məşqçi gətirəcəkdilər. Bu halda da, dəyişiklik olmayacaqdı. 

Bəli, yerli mütəxəssisin üstünlükləri var. Futbolçularla dil tapır, milli mentaliteti yaxşı bilir, futbolçuların fikrini düzgün oxuyur. Amma xarici məşqçilər gəldikdən sonra 1-2 ilə hələ ölkəyə adaptasiya olmalıdır. Yoxsa deyəcək ki, ölkəyə yeni gəlmişəm, komandanı yeni tanıyıram, öyrəşməliyəm. Bir il yarım da yenidən beləcə boş-boşuna keçəcək. Bundan əlavə, yeni gələn xarici mütəxəssisin məvacibi də çox olacaqdı. 

Mətbuatdan oxuduğuma görə De Byazi daha əvvəl aldığı maaşın yarısına razı olub. Mütəxəssis kimi də pis məşqçi deyil. Ən azı unutmamalıyıq ki, Albaniyanı Avropa çempionatına çıxarıb. Deməyim odur ki, yenidən mütəxəssis gətirib, yerli ab-havaya öyrəşənə kimi, elə De Byazinin qalması daha məqsədəuyğundur".

56 yaşlı futbol veteranı futbolumuzda olan əsas problemin baş məşqçi ilə bağlı olmadığını bildirib: "Komandanın uğursuzluğunda hər dəfə baş məşqçini günahlandırmaq lazım deyil. Ancaq məşqçinin qalıb və ya gedəcəyini müzakirə edirik. Bu gün biz problemi düzgün yerdə axtarmırıq. Tutaq ki, De Byazi getdi və başqası gəldi, biz onsuz da dünya və ya Avropa çempionatına vəsiqə qazanmayacağıq. Nə xarici, nə də yerli məşqçi bunu bacaracaq. 25-30 il öncə demişdim ki, problemlərin həllinə və yerli futbolun inkişafına bu gün başlamaq lazımdır, sabah gec olacaq. 30 il keçib, amma biz hələ də başlayırıq.

Ömrümü futbola həsr edən bir insan kimi, görürəm ki, ölkədə futbol yoxdur. Aşağı yaş qruplarının, U-19-un oyunlarına baxırsınız? Bizim Obradoviç adlı məşqçisi olan U-21 deyilən millimiz var. Onların mövcudluğundan xəbəriniz varmı?  Yaxşı, başa düşdük ki, əsas millidə xarici mütəxəssisə ehtiyac var, bəs bu 21 yaşlı futbolçulara xarici mütəxəssis lazımdırmı? 3 ildir burda çalışır, cəmi 1 xal toplayıb. Bir soruşan yoxdur ki, niyə bu günə kimi cəmi 1 xal toplamısınız? Hər dəfə mətbuatda görürəm ki, 21 yaşlılarımız məğlub olub. Sanki elə belə də olmalıdır. Keçən günlərdə Milan Obradoviç açıqlama verib ki, yaxşı oynadıq. Nəyi yaxşı oynadınız? Bizim futbolumuz var? Futbol olmayan yerdə əcnəbi məşqçi nədir? Bizim öz yerli məşqçilərimiz Obradoviçdən savadsızdır? Demək ki, yerli mütəxəssislərə inam yoxdur və onlar işləməməlidir.

Deməyim odur ki, əsas millinin baş məşqçisi mövzusunu sonraya saxlayıb futbolumuzun inkişafından danışmaq lazımdır. De Byazi qalacaq, ya gedəcək, yenə eyni ssenari olacaq. 1 xal olmasın, 5 xal olsun. Bununla yara sağalır? Onun qalması, getməsi, başqasının gəlməsi ilə heç bir şey dəyişməyəcək. Mən onsuz da daha öncə proqnozlaşdırmışdım ki, milliyə yerli baş məşqçi gəlməyəcək. Buna görə də elə De Byazi qalsın. Dediklərim də düz çıxdı". 

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2026
10:42

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:11

İnfantino İtaliyaya istehza etdi - "Bəlkə onda dünya çempionatına qatıla bildilər"

09:36

DÇ-2026: İsveçrə Qətər ilə üz-üzə

09:00

Modriçin karyerasını nə vaxt bitirəcəyi bilindi

08:00

DÇ-2026: ABŞ Paraqvaya rəhm etmədi

02:33

Kanadada hələ belə tarixi gecə yaşanmamışdı

01:57

İrandan gələn gizli təhdid turniri yarımçıq qoya bilər

01:27

Mundialda şok qadağa: Kanada tanınmış ulduzu ölkəyə buraxmadı

00:57

DÇ-2026: Ev sahibi Kanada Bosniya və Herseqovina ilə xalları böldü

00:22

"Sabah" braziliyalı futbolçu ilə gücləndi

12 İyun 2026
23:30

AGF rəsmiləri Lənkəran və Astarada məşqçilərlə gələcək planlarla bağlı fikir mübadiləsi aparıblar

22:43

Atletika üzrə Azərbaycan çempionatında ilk günün qalibləri bilindi

22:07

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Rumıniyaya uduzdu

21:40

Azərbaycan nümayəndə heyəti FİS-in Beynəlxalq Xizək Konqresində iştirak edib

21:17

Azərbaycanın çövkən millisi Bakıdakı dünya çempionatında finala vəsiqə qazanıb

20:41

Azərbaycan boksçuları Çində Dünya Kubokunda mübarizə aparacaqlar

20:09

"Brayton" "Tottenhem"in müdafiəçisi üçün 30 milyon təklif etdi

19:41

"Barselona"nın Reşford planı dəyişdi

19:17

MPL klubları “Turan Tovuz”la bağlı CAS-a müaciət etdi

18:38

Niko Şlotterbekdən "Real Madrid" və Joze Mourinyu açıqlaması

18:09

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

17:54

AFFA rəsmiləri klub nümayəndələri ilə görüşdülər

17:33

İkiqat İngiltərə çempionu Premyer Liqa klubunda - RƏSMİ

17:14

Alberto Akviliani A Seriyası komandasına baş məşqçi təyin edildi - RƏSMİ

16:53

"Siz mənim son oyunlarımı görməmisiniz?" - Kriştianu Ronaldu

16:27

Yapon hücumçu Almaniya klubunda - RƏSMİ

16:08

"Karvan-Yevlax" "10 nömrə"si ilə vidalaşdı

15:50

"Mançester Siti"nin sabiq oyunçusu Rusiya klubunda oynayacaq - RƏSMİ

15:32

Azərbaycan kanoeçisi Avropa çempionatında qızıl medal qazandı

15:14

"Liverpul" məşhur niderlandlı ilə vidalaşdı

14:56

Mahmud Qurbanov Premyer Liqa klubunun təklifini geri çevirdi

14:38

Çexiya uduzduğu oyunda 20 illik həsrətə son qoydu

14:20

"Cavid Hüseynov? Namizədlərdən biri odur, amma..." - "Araz-Naxçıvan"ın rəsmisi

13:56

PSJ vingerini bu qiymətə satır

13:32

Qvardiol "Mançester Siti" ilə danışıqları dayandırdı - Bu kluba keçir

13:13

"Sumqayıt"ın futbolçusu üçün il başa çatdı

12:40

Azərbaycan milli komandalarının rəqibləri bilindi

12:25

Murad Musayevin yeni klubu bilindi - RƏSMİ

12:08

Messi yenidən DÇ-nin qalibi olmaq şanslarını dəyərləndirdi

11:46

Mbappe Deşamı İtaliya millisinə getməkdən çəkindirdi - "Bu, dəhşətli olar"

Facebookdan bizi izləməyi unutmayın.
X