Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk matçında "Neftçi" "Sumqayıt"ı qəbul edib. Oyuna itkilərlə çıxan "ağ-qaralar" qonaqları evə məğlub göndərə bilməyib. Oyun başladığı hesabla da bitib.
Turun son oyunu isə "Zirə" ilə "Qəbələ" arasında olub. Səfərdə qələbə qazanan "qırmızı-qaralar" turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
Qeyd edək ki, turun açılış matçında "Keşlə" evdə "Səbail"lə 2:2 hesablı heç-heçəyə razılaşıb. Digər oyunda isə "Qarabağ" "Sabah"ı darmadağın edib - 5:1.
Azərbaycan Premyer Liqası
XIII tur
5 dekabr
“Neftçi” – “Sumqayıt” 0:0
"Neftçi”: 12. Kamran İbrahimov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 4. Huqo Basto, 9. Tiaqo Bezerra, 36. Mamadu Kane, 37. Vüsal Əsgərov
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 11. Harramiz Soares, 91. Ramon Maçado, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli
Baş məşqçi: Samir Abasov
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 2. Dmitri Nağıyev, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 74. Yusif Nəbiyev, 20. Roman Hüseynov, 23. Səid Rza, 27. Nihad Ağayev
Baş məşqçi: Ayxan Abbasov
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”.
“Zirə” – “Qəbələ” 1:2
Qollar: Davit Volkov, 45+4 - Ürfan Abbasov, 34. Rövlan Muradov, 40.
“Zirə”: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 32. Qismət Alıyev, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 51. Rüstəm Nuruyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 15. Ruslan Abışov, 19. Təmkin Xəlilzadə, 11. Velves Santos, 5. Rauf Hüseynli, 13. Ramin Əhmədov, 4. Cəlal Hüseynov, 61. Nizami Səmədov, 25. Vüsal Əliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Zirə İdman Kompleksinin stadionu.