
"Səbail"də ayrılıq yaşanıb.
Fanat.Az-a daxil olan məlumata görə, Elton Əlibəyli komandadan ayrılıb.
21 yaşlı müdafiəçi ötən ilin avqust ayında icarə əsasında "Neftçi-2"dən "Səbail"ə keçib.
Elton ilə 2 illik müqavilə imzalanmasına baxmayaraq, futbolçu 5 ay keçməmiş "Neftçi-2"yə geri dönüb.
Qeyd edək ki, gənc futbolçu ilk yarıda “Səbail"in heyətində 4 oyunda meydana çıxıb.
Röya