16:20 31.01.2022 678

"Xəstəlik və zədələr imkan vermədi" - AÇIQLAMA

Sabah Azərbaycan futbolunda ayyarımlıq sükut pozulacaq. Qış fasiləsi ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə başa çatacaq. Təlim-məşq toplanışlarını başa vuran klublar hazırlıqdan razı qalıblarmı? Baş məşqçilər istədikləri transferləri reallaşdıra bilibmi? Ümumiyyətlə, komandalar mövsümün ikinci yarısına neçə faiz hazırdır?

Fanat.Az Premyer Liqa klublarından "Keşlə" və "Sabah"ın baş məşqçilərinin təlim-məşq toplanışı ilə bağlı fikirlərini öyrənib. 

Murad Musayev ("Sabah"ın baş məşqçisi): “Futbolçuların yanaşmasından razıyam. Ən əsası, toplanışda bütün gücümüzü verdik. Biz hazırlıq dönəmində yaxşı iş görmüşük. Məşqdə və yoldaşlıq matçlarında etdiyimiz hər şeyi mövsümə transfer etmək istəyirik. Mövsümün bərpasını gözləyirik. Daha da inkişaf etmək üçün əlimizdən gələni edəcəyik. Hər matçda qalib gəlmək istəyirik. Çempionatla kubok arasında bölgü aparmırıq. Biz hər iki turnirə eyni cür yanaşırıq. Yaxşı komandamız var. Turnirdən asılı olmayaraq, hər oyun üçün maksimum tapşırıq müəyyən ediləcək.

Transferlərə gəlincə, Saşa Stamenkoviç gedəndən sonra bizə təcrübəli qapıçı lazım idi. Biz şadıq ki, qısa müddətdə Aleksandr Neçayevin simasında özünə uyğun namizəd tapa bildik. O, yoldaşlıq görüşündə cəmi 30 dəqiqə oynadı, onun yaxşı səviyyəsini görmək olar, amma yeni klubunda özünü sübut etmək üçün hələ çox işi var. Biz həmçinin tərkibin gücləndirilməsi istiqamətində işimizi davam etdiririk. Daha bir və ya iki transfer mümkündür”.


Sənan Qurbanov ("Keşlə"nin baş məşqçisi): "Komandanın qış hazırlığını biz öz bazamızda, öz meydançamızda keçirdik. Çalışdıq ki, bütün heyət üzvləri bir yerdə olsun, çatışmazlıqlar üzərində işləyək. Təəssüf ki, xəstəlik və zədələr buna imkan vermədi. Yanvarın 6-dan başladığımız hazırlıqda Felipe Santos qeyd etdiyim səbəbdən iştirak edə bilmədi. Üstəlik, Stanislav Namaşko da millidən zədəli qayıtdı. Ancaq düşərgədə olan digər futbolçular can-başla işlədilər. "Səbail"lə iki oyun keçirdik. Hansı ki, həmin görüşlərdə baxışa dəvət olunan futbolçuları sınaqdan keçirdik. "Kəpəz"lə oyunda isə əsasən gənc oyunçuları sınadıq. Bu baxımdan, yoxlama görüşləri bizim üçün yaxşı material oldu. İş başında izlədikdən sonra qərara gəldik ki, nigeriyalı Natan Oduvanı komandada saxlayaq. Baxışa gələn digər legionerlərlə isə yolları ayırmalı olduq. "Transfer pəncərəsi"nin əvvəlində isə Fəhmin Muradbəyli ilə Franko Floresi sıralarımıza qatdıq. Qış dönəmində oyunçu tapmaq çətindir. İstəyirdik mövsümün sonuna qədər bizə kömək edəcək bir futbolçu da transfer alaq. Ancaq alınmadı, Fəhmin, Franko və Natanın transferi ilə kifayətlənəcəyik. 

Komanda mövsümün ikinci yarısına nə qədər hazırdı, bunu zaman göstərəcək. Yoxlama oyunlarında futbolçularım pis təsir bağışlamadılar. Amma sınaq matçı ayrı, rəsmi görüş ayrı. "Qarabağ"la sabah kubokdakı oyun hazırlığımıza qiymət vermək üçün fürsət sayıla bilər. Əlbəttə, tam hazır ola bilmərik. Oyundan oyuna daha da yaxşı olacağıq".   

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
21:16

KL: "Dinamo Minsk" hesabda önə keçir - YENİLƏNİR

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

Facebookdan bizi izləməyi unutmayın.
X