
"Neftçi"nin futbolçusu Huqo Basto zədələnib.
Fanat.Az-ın məlumatına görə, portuqaliyalı müdafiəçi "Qarabağ"a qarşı Premyer Liqanın XV tur matçında ayağından xəsarət alıb.
Görüşü davam etdirə bilməyən oyunçu 68-ci dəqiqədə Sezar Meza Kolli ilə əvəzlənib.
Qeyd edək ki, hazırda matçın 2-ci hissəsidir və "Qarabağ"ın inamlı üstünlüyü var - 2:0.