
Azərbaycan Kubokunda "Sabah" və "Neftçi" komandaları arasında keçirilən 1/4 final mərhələsinin cavab matçında qalmaqal baş verib.
Fanat.Az xəbər verir ki, 74-cü dəqiqədə "Sabah"ın futbolçusu Aleksey İsayev rəqib oyunçu Eddi İsrafilovu vurub. Meydan sahiblərinin qapıçısı Səlahət Ağayev də münaqişəyə qoşulub və Voislav Stankoviçi itələyib.
Baş hakim Rəvan Həmzəzadə İsayevə və Ağayevə qırmızı vərəqə göstərib. Referi etirazlardan sonra "Sabah"ın baş məşqçisi Murad Musayevi də texniki zonadan qovub.
"Neftçi"dən isə İsrafilov və baş məşqçi Samir Abasov sarı vərəqə alıblar.