
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Neftçi" "Sabah"a 3:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov qələbəni şərh edib:
"Buradakı bütün oyunlar gərgin keçir. Bu qalibiyyət hamımıza lazım idi. İkinci hissədə orta xətti ələ aldıq. Birinci yarıda istədiklərimizi edə bilmədik. İnanıram ki, bu qarşılaşmadan sonra motivasiyamız qalxacaq. Rəqibin belə oynayacağını gözləyirdik. Buna da hazır idik.
Bu gün bir az elə bil yatmışdıq. Komanda ikinci hissədə ayıldı. Bəzi oyunlarımız gec saatlarda olur. Amma bu gün saat 4-də başlamışdı. Bəlkə oyunçular buna görə bir az yatmışdı. Əsas odu ki, qalib gəldik. Futbolçular çox böyük iş gördülər".