Region Liqasında çıxış edən "Xan Lənkəran" ötən gecə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan "Qarabağ" - "Olimpik Marsel" oyununda təmsilçimizə dəstək olublar.
Fanat.Az xəbər verir ki, bu barədə Lənkəran klubu sosial şəbəkədəki hesabından paylaşım edib.
Komandanın bütün üzvləri türkiyəli baş məşqçi İbrahim Uzunca ilə birgə oyunu stadiondan izləyib, bayraq açıblar.
Paylaşımda deyilir:
"Qarabağ, bütün döyüşlərdə səninləyik!!!
"Xan Lənkəran" PFK-nın kollektivi UEFA Konfrans Liqası çərçivəsində "Marsel" ilə qarşılaşmasında "Qarabağ"a dəstək üçün Tofiq Bəhramov adına mərkəzi stadiondadır".
Mirağa