12:29 01.03.2022 1092

“Köhlən atlar” büdrədi, rəqibləri sevindi - Tura baxış

Azərbaycan Premyer Liqasının XVII turunun oyunları maraqlı qarşılaşmalarla yadda qaldı.

“Neftçi” Masazıra növbəti səfərindən 3 xalla qayıtdı. “Qarabağ” isə “ASK Arena”da xal itirdi. “Qəbələ” ilə “Zirə” növbəti qələbələrini qazanmaqla liderə bir qədər yaxınlaşmaq şansını əldən vermədilər.

“Sabah” – “Neftçi” 0:1
Qol:
S.M.Kolli, 50

Bu komandaların ölkə kubokundakı qarşılaşması xeyli gərgin keçmişdi. “Bakcell Arena”dan sərfəli nəticəylə dönən “Sabah” doğma meydanında da hesabı açmış, uzun müddət bir ayağı ilə yarımfinalda olmuşdu. Amma qısa müddətdə hadisələrin ssenarisi dəyişmiş, ardıcıl qollar vuran “Neftçi” görüşü 3:1 hesablı qələbəylə başa vurmuşdu. Bu görüşün nəticəsindən daha çox hakim idarəçiliyi, meydanda yaşanan gərginlik gündəmi zəbt etmişdi. Premyer Liqadakı görüş ərəfəsində AFFA İntizam Komitəsinin açıqladığı cəzalardan məlum oldu ki, “Sabah” 23200 manat, “Neftçi” isə 5600 manat cərimə ödəməli olacaq. Sanki bu cərimələr ehtirasları soyutdu, komandaları sakitləşdirdi. Nəticədə bazar günü keçirilən çempionat oyunu xeyli sakit məcrada keçdi.

Görüşün taleyini Sezar Meza Kollinin 50-ci dəqiqədə vurduğu qol həll etdi. Təcrübəli futbolçu dəqiq zərbəylə hesabı açdı və “Neftçi”yə vacib qələbə qazandırdı. “Sabah” FİFA referisi Rauf Cabbarovun oyuna əlavə etdiyi dəqiqələrdə hesabı bərabərləşdirə bilərdi, amma meydan sahiblərinin cəhdləri nəticəsiz qaldı. Bu qələbə sayəsində xalını 28-ə çatdıran “Neftçi” mükafat qazanmağa iddiasını davam etdirir. “Ağ-qaralar” hazırda 4-cü sıradadı. 20 xalla 5-ci pillədə qərarlaşan “Sabah” isə ilk “dördlük”dən bir qədər də aralandı. 

“Sumqayıt” – “Qəbələ” 0:4 
Qollar:
Rafael Utziq,2. Ruan Renato, 40. Rövlan Muradov, 41. Murad Musayev, 67

“Sumqayıt”ın çöküşü davam edir. “Gənclik şəhəri”ni təmsil edən komandanın dərdinə belaruslu Aleksey Baqa da çarə tapa bilmədi. “Qəbələ” “Sumqayıt”ın kubok ümidlərini dəfn edəndən sonra çempionatda da komandaya ağır zərbə vurdu. Hər halda, doğma meydanda 0:4 hesablı yenilgi heç bir komanda üçün başucalığı sayıla bilməz. “Sumqayıt” üçün məğlubiyyətlər getdikcə adi hala çevrilir. “Qəbələ” isə indiyə qədər qazandığı uğurların təsadüfi olmadığını bir daha isbatladı.

“Qırmızı-qaralar” “Sumqayıt”ın işini 45 dəqiqəyə həll etdi. İlk yarıda rəqibin qapısına üç cavabsız top vuran qonaqlar fasilədən sonra daha bir dəfə fərqlənməklə qələbəni bayram etdilər. Görünən odu ki, “Qarabağ”la oyunun təxirə salınması Baqayla Rəfiyevin işinə yarayıb. Hazırkı şəraitdə “Sumqayıt” “Qarabağ”ın önünə çıxsaydı, daha bir böyük hesablı məğlubiyyətə düçar olardı.

3 xalı vurduğu 4 qolla qazanan “Qəbələ” “Qarabağ”ın ən yaxın izləyicisidi. 32 xallı əyalət təmsilçisi liderdən 5 xal geri qalır. 13 xalı olan “Sumqayıt” isə yalnız sonuncu pillədəki “Səbail”i qabaqlayır.

“Səbail” – “Zirə” 0:1
Qol:
Ağabala Ramazanov, 45+2

Ağabala Ramazanov “Səbail”lə oyunda “Zirə”yə vacib qələbə qazandırdı. Düzdü, oyunun afişası elə də cəlbedici görünmürdü, “Zirə”nin asanlıqla qələbə qazanacağı əvvəlcədən proqnozlaşdırıldı. Bununla belə, Bayıldakı görüş “Zirə” üçün elə də asan keçmədi və Ağabalanın vurduğu qol oyunda yeganə oldu. Maraqlıdı ki, “Səbail” ölkə kubokunda da “Zirə”yə rəqib idi və həmin vaxt Rəşad Sadıqovun komandası rəqibini çətinlik çəkmədən yolundan kənarlaşdıra bilmişdi.

“Səbail” üçün “qara zolaq” davam edir. Bayıl təmsilçisi çempionatın aşkar autsayderidi və 11 xalla bütün rəqiblərinə aşağıdan yuxarı baxır. 31 xalı olan “Zirə” isə 3-cü pillədə qərarlaşıb. Zirəlilər ötən mövsüm son anda əldən buraxdıqları avrokubok vəsiqəsini bu dəfə heç kimə güzəştə getmək istəmirlər.

“Keşlə” – “Qarabağ” 0:0

“ASK Arena”da hesab açılmadı və “Qarabağ” “Keşlə” ilə oyunda bu dəfə də büdrədi. Qurban Qurbanov gənc qapıçı Amin Ramazanovu start heyətdə meydana buraxmaqla ona böyük etimad göstərmişdi. “Qarabağ” adına sevindirici haldı ki, Ramazanov qapısını toxunulmaz saxlamağı bacardı. Hücumçuların “dişsizliyi” bu sevincin artmasına imkan vermədi. “Qarabağ” “quru” hesabla qələbə qazansaydı, onda Amin Ramazanovun uğurlu debütü daha əlamətdar olacaqdı.

Son vaxtlar “Qarabağ”ın süni örtükdə oynamağa çətinlik çəkməsinə, “Keşlə” və “Səbail”lə oyunlarda büdrəməsinə onsuz da adət etmişik. Bu dəfəki oyun da istisna olmadı. Belədə Sənan Qurbanov öz yetirmələri ilə yanaşı, yararsız süni örtüyə də minnətdarlıq etməlidi. 
Bu xal itkisinə baxmayaraq, “Qarabağ” yenə də rəqibləri üçün əlçatmazdı. Bir oyunu ehtiyatda olan “köhlən atlar” 37 xalla turnir cədvəlinə başçılıq edir. Xalını 15-ə çatdırın “Keşlə” isə 6-cı sıradadı.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

Facebookdan bizi izləməyi unutmayın.
X