16:26 03.03.2022 3322

Vaqif Cavadovun "Turan"a təyinatı rəsmiləşdi: "Qazzayev kimi bəyənsə..."

Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun Qazaxıstanın "Turan" klubunda köməkçi məşqçi kimi təyinatı rəsmiləşib.

Bu haqda məlumatı Cavadov özü Fanat.Az saytına bildirib.  

“Sumqayıt”ın 16 yaşlılardan ibarət komandasının sükanı arxasından ayrılaraq, Qazaxıstana yollanan gənc məşqçi Türküstan vilayətini təmsil edən komandaya keçidini belə dəyərləndirib: "Bəli, keçidim artıq rəsmiləşib. Bütün diqqəti çempionata uğurlu starta yönəltmişik. İki gün sonra açılış matçında "Taraz"ı qəbul edəcəyik. 

Bildiyiniz kimi, "Turan"ı Vladimir Qazzayev çalışdırır. Baş məşqçi məni dəvət etdi və tərəddüd etmədən onunla işləməyə razılaşdım. Çünki məşqçilikdə yeniyəm. Belə bir təcrübəli məşqçi ilə çalışmaq gələcək karyeram üçün böyük üstünlük olacaq. Belə bir mütəxəssislə işləmək mənim üçün böyük təcrübə olacaq. Çalışacağam ki, işimi yüksək səviyyədə görüm, komandama faydalı olum".    

32 yaşlı veteran futbolçu "Turan"ın hədəflərindən də danışıb: "Qazzayev amili klubun iddiasından xəbər verir. O, bundan əvvəl “Aktobe” və “Tobol”u çalışdırıb. 
Türkiyədəki toplanışın gedişatına, məşqlərin səviyyəsinə və transferlərə əsasən deyə bilərəm ki, iddialı komanda formalaşıb. Düzdür, yenidən qurulmuş komandayıq. Baş məşqçi "Turan"ı demək olar sıfırdan qurub. Heyətin 90 faizi yenidir. Bununla belə, artıq heyət formalaşmağa başlayıb. Çalışacağıq ki, yüksək yerlərdən birini tutaq".  

Vaqif Cavadov Azərbaycan millisinin qapıçısı Emil Balayevin bu gün "Qarabağ"dan ayrılaraq "Turan"a üz tutmasını belə dəyərləndirib: "Emilin transferi sırf baş məşqçinin istəyi ilə baş tutdu. Qazzayev onu "Tobol"dan tanıyır, bacarığına bələddir. Yəni Emilin bura gəlməsində mənim əməyim elə də çox olmayıb".

Bununla belə, millimizin sabiq üzvü gələcəkdə də azərbaycanlı futbolçuların Qazaxıstan klubuna keçidini istisna etməyib: "Niyə də olmasın? Baş məşqçimiz Azərbaycan çempionatına bələddir, mütəmadi izləyir. Kimsə onun diqqətini çəksə və komandada görmək istəsə, mən də öz tövsiyyələrimi verəcəyəm. Belə bir futbolçu olsa, keçidinə vasitəçilik edə bilərəm". 

Qeyd edək ki, “Turan” uzun müddət birinci dəstədə mübarizə aparıb. Kollektiv 2021-ci ildə güclülər dəstəsinə vəsiqə qazanıb və çempionatı 12-ci pillədə başa vurub. Vaqif Cavadov isə Azərbaycan yığmasının formasını geyindiyi üçün “C“ kateqoriyalı məşqçi sertifikatı alıb və hazırda davam edən “B“ lisenziyalı kurslara qatılıb.

Mirağa Mirzəyev
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 Avqust 2026
09:38

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

"Çempionatın startına qədər 60-70 faiz hazır olacağıq" - Həşimov baxışa çağırdığı legioneri bəyənəcəkmi?

01:16

Nəriman Axundzadə "Erzurumspor"da - RƏSMİ

07 Avqust 2026
23:32

"LANDAU Lions" amerikalı basketbolçunu heyətinə qatdı

22:48

FİFA-dan Manuel Uqarte qərarı

22:12

Azərbaycan və İran arasında idmanda əməkdaşlığa dair 2026-2028-ci illər üzrə Fəaliyyət Planı imzalanıb

21:48

"Barselona"ya gürcü hücumçu gəlir

20:45

"Sumqayıt" Qətər klubu ilə heç-heçəyə razılaşdı

20:41

Mauro İkardi İspaniya yolunda

20:16

İtaliya futbolunda yeni təyinat

19:51

"Səbail"in İdarə Heyətinin üzvləri açıqlandı

19:09

"Mən azarkeşlərimizə güvənirəm" -Yuri Vernidub

18:38

Stolustü tennisçilərimiz Türkiyəyə yollanıblar

18:04

Diomande "Real"ın məşqinə qatılmadı

17:42

Serdar Dursunun yeni klubu müəyyənləşdi

17:26

"Sabah" Bakıda səfərdəki kimi inamli oynasa, qələbə qazanacağına şübhə etmirəm" - Elgiz Kərəmli

17:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:08

"Zirə" Namik ilə yollarını ayırdı - RƏSMİ

16:50

"Qarabağ"ın problemi hücum xəttidir" - Ağasəlim Mircavadov

16:32

İspaniyalı müdafiəçi "Bornmut"da - RƏSMİ

16:13

"Sabah" oyunu ilə göstərdi ki, evdə "Orhus"a qalib gələ bilər"

15:46

"Sabah" Həmzə Çoudrini transfer edə bilməyəcək?

15:29

Avropa çempionu Qazaxıstan millisinə baş məşqçi təyin edildi

15:11

MOİK rəsmiləri Xankəndiyə yollanır

14:53

Azərbaycan yığması Şimali Makedoniyaya qalib gəldi

14:34

"El Klassiko" Türkiyədə keçirilə bilər

14:17

"Şəfa" son yoxlama oyunlarını keçirdi

13:59

"Qarabağ"ın növbəti mərhələyə adlayacağına ümid edir və inanıram" - Samir Əliyev

13:41

Fransa klubu Lukakunu rənglərinə bağlamağı planlaşdırır

13:22

Türkiyə millisinin qapıçısı La Liqada oynayacaq - RƏSMİ

13:04

"Barselona" Rodriyə görə 50 milyon avro verəcək

12:51

"Qalatasaray" Martinellini istəyir

12:33

Arif Əsədov: "Qarabağ" artıq üç matçdır ki, qol vura bilmir, amma..."

12:14

Albaniya klubuna keçən Kamil "Liverpul"da oynamaq istəyir - AÇIQLAMA

11:55

"Mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi transfer etmək istəyirik" - Kaxaber Tsxadadze

11:34

Alvares "Barselona"ya keçməkdə qərarlıdır - Simeone ilə danışdı

11:08

"Kuboklar qazanmağa gəlmişəm" - Məhəmməd Salah

10:51

Vinisus Juniorla müqavilə uzadıldı - RƏSMİ

10:30

Region Liqasının debütantı milli üzvü ilə gücləndi

09:48

"İmişli" 2-ci Liqanın debütantı ilə qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X