16:28 07.03.2022 774

“Qarabağ” və başqaları... - Tura baxış

Azərbaycan Premyer Liqasının 18-ci turu bir-birindən maraqlı nəticələrlə tarixin yaddaşına qovuşdu.

“Sumqayıt” və “Səbail”in “qara günləri” davam edir. “Qəbələ”ni böyük hesabla məğlub edən “Qarabağ” isə ölkə daxilində rəqib tanımadığını bir daha göstərdi. “Qəbələ”nin bu məğlubiyyəti “Zirə”nin işinə yaradı. Rəşad Sadıqovun komandası artıq ikinci sıradadı...

“Zirə” – “Sumqayıt” 1:0
Qol:
Mohamed Hamdaui, 65

Aleksey Baqanın gəlişindən sonra “Sumqayıt”da müsbətə doğru heç bir dəyişiklik baş verməyib. “Gənclik şəhəri”nin təmsilçisi ötən tur “Qəbələ”yə böyük hesabla uduzmuşdu. Bu dəfə isə “Zirə” “Sumqayıt”la görüşdən qələbə ilə ayrıldı. Görünən odur ki, Ayxan Abbasov “Sumqayıt”da dəyişiklik lazımdı”,- deyəndə təkcə baş məşqçi dəyişikliyini nəzərdə tutmayıb. Klubun prezidenti Riad Rəfiyev isə asan olanı seçib Abbasovu yola saldı. “Sumqayıt”ın çöküşü isə tam sürətlə davam edir. Sumqayıtlılar qol vurmağa yadırğayıb, qələbə sevincinin dadını unudub.

“Zirə”nin işləri isə qaydasında gedir. Rəşad Sadıqovun çalışdırdığı komanda gücünü düzgün bölür, nəticəyə oynamağı bacarır. Zirə təmsilçisi düzgün legioner seçimiylə də öyünə bilər. Ölkə kubokunun yarımfinalçısı Premyer Liqada da iddialılardandı...

Maraqlıdı ki, Mohamed Hamdaui həlledici qolu vuranda “Sumqayıt”ın 6 müdafiəçisi cərimə meydançasında idi. Onlar nə mövqelərini düzgün bölüşdürə bildilər, nə də rəqibin fərqlənməsinə əngəl oldular. Belə oyun tərzi ilə uduzmağa məhkumsan. Qalır qolun neçənci dəqiqədə vurulması.

18 oyuna 34 xal toplayan “Zirə” bu mövsüm həm mükafat qazanmağa, həm də Azərbaycanı avrokuboklarda təmsil etməyə çox yaxındı. 13 xal toplamağı bacaran “Sumqayıt” isə çətin ki, mövsümün sonuna qədər 6-cı pillədən yuxarı qalxmağı bacarsın.

“Neftçi” – “Səbail” 2:0
Qollar:
Bezerra, 73, Azər Salahlı, 79

“Neftçi”nin və onun azarkeşlərinin də əhvalı yerindədi. Qış fasiləsindən sonrakı ilk turda “Qarabağ”a uduzan və çempionluq şanslarını pisləşdirən “ağ-qaralar” qələbələri sıralamağa başlayıb. Düzdü, “Səbail” üzərindəki qələbə heç də asan başa gəlmədi. Meydana və topa nəzarəti əlində saxlayan meydan sahibləri “çərçivə”ni “tapmağa” çətinlik çəkirdi. Qol pərdəsini 73-cü dəqiqədə Bezerra açdı. Bundan 6 dəqiqə sonra isə Azər Salahlı fərqləndi. Sol cinah müdafiəçinin fərqlənməsi Samir Abasovun lap ürəyincə oldu. Bu qol sayəsində “Neftçi” həm üstünlüyünü artırdı, həm də görüşün taleyini həll etdi. 

“Səbail” haqqında danışılacaq elə də çox söz yoxdu. Məhdud heyətlə taleyin ümidinə buraxılmış Aftandil Hacıyevin işi çox çətindi. Heç təsadüfi deyil ki, “Neftçi”ylə oyun ərəfəsində video-müsahibə verən Əfran İsmayılov komanda yoldaşlarına işarə vuraraq, yarızarafat-yarıciddi “bu qocalarla nə etmək olar” deyə istehza edirdi. Elə bu açıqlamanın özü komandanın vəziyyətini gözlər önünə sərir.

Artıq “Neftçi” “Sabah”ı 8 xal qabaqlayır. Deməli, “ağ-qaralar” 5-ci sıraya düşmək qorxusundan uzaqlaşa biliblər. 31 xalı olan paytaxt təmsilçisi indi özündən irəlidəki “Qəbələ” ilə “Zirə”ni ötüb keçməyə, 

“Qarabağ”ın ən yaxın izləyicisi olmağa çalışır. 11 xalı “Səbail” isə hələ də bütün rəqiblərinə aşağıdan yuxarı baxır.

"Keşlə" – "Sabah" 0:1
Qol:
Zurab Oçiqava, 89

Bu tur “Sabah” da vacib qələbə qazandı. “Keşlə” bir qədər də süni örtüyün yaratdığı çətinliklərə arxalanaraq “Sabah”a çətinlik yaratmağı bacarırdı. Sənan Qurbanovun əlinin altındakı heyət bundan artığına imkan da vermir. “Keşlə” öz qapının həndəvərində var-gəl edir, rəqibin əsəbləri ilə oynayır, ümidini əks-hücumlara bağlayır. Şamaxıya köçmək perespektivi futbolçuların əhval-ruhiyyəsinə əməlli-başlı təsir göstərib, onların mübarizə əzmini də azaldıb.

“Sabah” üçün bu oyundakı 3 xal təkcə turnir cədvəlindəki vəziyyətə görə vacib deyildi. Murad Musayevin kefinə son turlarda qeydə alınan nəticələr soğan doğramışdı. Xüsusiylə də ölkə kubokunda “Neftçi”ylə oyun komandanın düşərgəsində gərginlik yaratmışdı. Bu mənada “Keşlə” üzərindəki qələbə yerinə düşdü. 3 xalı gətirən qolun son dəqiqələrdə vurulması isə “Sabah”ın əzmkarlığının göstəricisidi. Künc zərbəsindən havalandırılan topu Zurab Oçiqava ustalıqla qapıdan keçirdi və komandasına qələbə gətirən qolun müəllifi oldu.

“Sabah”ın 23, “Keşlə”nin isə 15 xalı var. Komandalar müvafiq olaraq 5-ci və 6-cı sıralarda qərarlaşıblar.

"Qarabağ" – "Qəbələ" 5:1 
Qol:
Kadi, 16. İbrahima Vadji, 50. Kevin Medina, 65. Filip Ozobiç, 68. Abdullah Zubir, 89 -  İsnik Alimi, 40

“Qarabağ” səviyyə fərqini ortaya qoydu və “Qəbələ”nin qapı torunu düz beş dəfə silkələdi. Mararaqlıdı ki, görüşdə vurulan 6 qolun hamısının altında legionerlərin imzası var. Bu da yerli futbolçularla gəlmələr arasındakı fərqin göstəricisi sayıla bilər.

Görüşdə hesabı Kadi 16-cı dəqiqədə gözəl qolla açdı. Hakim Elçin Məsiyev Medinanın kobud oynadığını bildirib “Qarabağ”ın qapısına penalti təyin etdi və “ağ nöqtə”yə yaxınlaşan İsnik Alimi hesabı bərabərləşdir. “Qəbələ”nin gücü ancaq buna çatdı. Fasiləyə bərabərliklə yollanan qonaq komanda qalan 45 dəqiqədə qapısında daha 4 qol gördü.

Bir oyunu ehtiyatda olan “Qarabağ” xalını 40-a çatdırıb. Bu isə o deməkdi ki, “köhlən atlar” ən yaxın izləyicisi “Zirə”ni 6 xal qabaqlayır. 32 xalda qalan “Qəbələ” isə 3-cü pillədədi. Gələn turlarda “qırmızı-qaralar”ı 3-cü sıranı qorumaq üçün də çətin mübarizə gözləyir.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

Facebookdan bizi izləməyi unutmayın.
X