16:15 08.03.2022 3661

"Mahir çox da həvəsli deyil, amma..." - MÜSAHİBƏ

Millimizin və Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli ötən həftənin şənbə günü Xorvatiya çempionatında debüt etdi.  Start "11-lik"də yer alan və 59-cu dəqiqədə əvəzlənən azərbaycanlı futbolçu hazırda yerli fanatların da diqqət mərkəzindədir.

"Dinamo"nun radikal azarkeşlərindən olan Luka Markovinoviç Fanat.Az-a müsahibəsində Mahir barədə fikirlərini bölüşüb. 

- Luka, Mahirin "Dinamo"ya gələcəyi xəbərini necə qarşıladınız? 

 - Düzünü desəm, böyük gözləntilərimiz yox idi. Elə indi də yoxdur. İstənilən gücləndirmə xoş qarşılanır, amma elə bir təəssürat yox idi ki, biz böyük bir ulduzu komandamıza cəlb etmişik. Əvvəlcə onun spirtli içkilərlə bağlı problemləri olduğu bildirilirdi. Sonra isə mətbuatda guya heç içməyən müsəlman olduğu yazıldı. Bir daha qeyd edim ki, elə böyük gözləntimiz yoxdur.

- Amma Varşava "Legiya"sına yeni gələndə yüksək nəticələr göstərirdi. 

- Hazırda "Dinamo" Varşava "Legiya"sından daha yüksək səviyyəli oyun sərgiləyir. Rəqabət və səviyyə fərqi var. Qeyd etməliyəm ki, əsas qolçumuz pis vəziyyətdədir. Ona görə də Mahirin mütləq şansı olacaq.

- Sizcə, Mahir həmin şansı dəyərləndirə biləcək? 

- "Dinamo"da rəqabət böyükdür. Çox oyunçular gəlib-gedirlər... Xüsusilə, əcnəbilərin özlərini sübut etməsi çətindir. 

- Sizdən başqa azarkeşlər Mahirə necə yanaşır? 

- Mən əvvəlcə Mahirə uğurlar arzulayıram. Deyərdim ki, o, çox da həvəsli deyil, amma bu, həm də o demək deyil ki, azarkeşlər onu sevmirlər. Mahir özünü göstərməlidir. Fanatlar hələ bilmirlər, onu sevimli oyunçu saysınlar, ya yox.

- Polşada olarkən mətbuata Mahirin alkoqollu içki ilə şəkili yayılmışdı. Bu, onun istirahət vaxtı idi və daha sonra onun içki içmədiyi bildirildi. Emreli Varşavada həm azarkeşlər, həm də mətbuat tərəfindən tənqid atəşinə tutuldu. Bu qara piar idi. Bəs Zaqrebdə oxşar hallar necə qarşılanar?

- Qətiyyən etiraz etmirəm (gülür)... Mənim ən çox sevdiyim futbolçular "əyyaşlar"dır. Burada belə hallar qabardılmır.

- "Dinamo"nun məşqlərini izləyirsiniz? 

- Nadir hallarda. Çox vaxt məşqlər ictimaiyyət üçün qapalı keçirilir. 

- Son olaraq Mahirlə bağlı nə deyərdiniz? Bəlkə hansısa müraciətiniz ola bilər? 

 - Mahir yaxşı oynasa, hamı onu sevəcək. Hər şey onun necə oynamasından asılıdır. Biz onun meydanda aktiv və cəlbedici olmasını gözləyirik. Bunu edərsə, əminəm ki, hədəflərinə çatacaq. Ümid edirəm ki, o, bizim üçün yaxşı transfer olacaq və bu il çempionluğu qazanmağımıza kömək edəcək. Yeri gəlmişkən, builki çempionat həmişəkindən daha maraqlıdır, çünki 4 klub titul uğrunda mübarizə aparır. Bu mövsüm liqamız həmişəkindən daha yaxşı görünür.

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 Avqust 2026
11:49

"Mançester Yunayted" gənc kolumbiyalını rənglərinə bağladı - RƏSMİ

11:23

Kulibali üzləşdiyi oğurluq hadisəsinin fotosunu paylaşdı

10:52

Yaponiya millisinin üzvü İngiltərə klubuna keçdi

10:26

"Barselona" müdafiəçisini İngiltərə nəhənginə icarəyə verir

09:38

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

"Çempionatın startına qədər 60-70 faiz hazır olacağıq" - Həşimov baxışa çağırdığı legioneri bəyənəcəkmi?

01:16

Nəriman Axundzadə "Erzurumspor"da - RƏSMİ

07 Avqust 2026
23:32

"LANDAU Lions" amerikalı basketbolçunu heyətinə qatdı

22:48

FİFA-dan Manuel Uqarte qərarı

22:12

Azərbaycan və İran arasında idmanda əməkdaşlığa dair 2026-2028-ci illər üzrə Fəaliyyət Planı imzalanıb

21:48

"Barselona"ya gürcü hücumçu gəlir

20:45

"Sumqayıt" Qətər klubu ilə heç-heçəyə razılaşdı

20:41

Mauro İkardi İspaniya yolunda

20:16

İtaliya futbolunda yeni təyinat

19:51

"Səbail"in İdarə Heyətinin üzvləri açıqlandı

19:09

"Mən azarkeşlərimizə güvənirəm" -Yuri Vernidub

18:38

Stolustü tennisçilərimiz Türkiyəyə yollanıblar

18:04

Diomande "Real"ın məşqinə qatılmadı

17:42

Serdar Dursunun yeni klubu müəyyənləşdi

17:26

"Sabah" Bakıda səfərdəki kimi inamli oynasa, qələbə qazanacağına şübhə etmirəm" - Elgiz Kərəmli

17:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:08

"Zirə" Namik ilə yollarını ayırdı - RƏSMİ

16:50

"Qarabağ"ın problemi hücum xəttidir" - Ağasəlim Mircavadov

16:32

İspaniyalı müdafiəçi "Bornmut"da - RƏSMİ

16:13

"Sabah" oyunu ilə göstərdi ki, evdə "Orhus"a qalib gələ bilər"

15:46

"Sabah" Həmzə Çoudrini transfer edə bilməyəcək?

15:29

Avropa çempionu Qazaxıstan millisinə baş məşqçi təyin edildi

15:11

MOİK rəsmiləri Xankəndiyə yollanır

14:53

Azərbaycan yığması Şimali Makedoniyaya qalib gəldi

14:34

"El Klassiko" Türkiyədə keçirilə bilər

14:17

"Şəfa" son yoxlama oyunlarını keçirdi

13:59

"Qarabağ"ın növbəti mərhələyə adlayacağına ümid edir və inanıram" - Samir Əliyev

13:41

Fransa klubu Lukakunu rənglərinə bağlamağı planlaşdırır

13:22

Türkiyə millisinin qapıçısı La Liqada oynayacaq - RƏSMİ

13:04

"Barselona" Rodriyə görə 50 milyon avro verəcək

12:51

"Qalatasaray" Martinellini istəyir

12:33

Arif Əsədov: "Qarabağ" artıq üç matçdır ki, qol vura bilmir, amma..."

12:14

Albaniya klubuna keçən Kamil "Liverpul"da oynamaq istəyir - AÇIQLAMA

11:55

"Mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi transfer etmək istəyirik" - Kaxaber Tsxadadze

11:34

Alvares "Barselona"ya keçməkdə qərarlıdır - Simeone ilə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X