12:48 13.04.2022 1428

Qurban Qurbanov əsri yarıladı 

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.

Fanat.Az xəbər verir ki, Azərbaycan futbolunun ən parlaq simalarından olan mütəxəssisin 50 yaşı tamam olur.

Futbolçu kimi, məşqçi karyerası da uğurlu alınan Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ı çalışdırır. Bu müddət ərzində Ağdam klubu Qurbanovun rəhbərliyi ilə ardıcıl 7 dəfə Azərbaycan çempionu olub, həmçinin 4 dəfə ölkə kubokunu qazanıb.

Bundan əlavə, Qurbanov "Qarabağ"ı 5 dəfə Avropa Liqasının, futbol tariximizdə ilk dəfə olaraq isə Çempionlar Liqasının qrup mərhələsinə çıxarmaqla adını Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazdırıb.

***

Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində fəhlə ailəsində doğulub. Uşaq vaxtlarından futbolla məşğul olub. 1990-cu ildə 9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şirdanov onu Zaqatalanın "Daşqın" klubuna gətirib. 9-cu sinfi bitirəndə həmin klubda əsas heyətdə oynamağa başlayıb.

2006-cı ilə qədər davam edən futbolçu karyerasında Qurbanov "Daşqın", "Alazani Qurcani" (Gürcüstan), “Turan” (Tovuz), “Kür-Nur” (Mingəçevir), “Neftçi” (Bakı), “Dinamo” (Stavropol, Rusiya), “Fakel” (Voronej, Rusiya), “Baltika” (Kalininqrad, Rusiya), “Volqar” (Astraxan, Rusiya) və “İnter” (Bakı) kimi klublarda çıxış edib. 

Klublarda keçirdiyi 402 oyuna 181 qol vurmuş (çıxış etdiyi komandalardan yeganə qol vurmadığı klub “Volqar”dır) Qurban Qurbanov dörd dəfə Azərbaycan çempionu olub, bir dəfə isə ölkə kubokunu başı üzərinə qaldırıb.

1996/1997 mövsümündə “Neftçi”nin heyətində 34 qol vuraraq Azərbaycan çempionatının bombardiri adını qazanıb. 2003-cü ildə isə ilin futbolçusu seçilib.

Son klubu “İnter”də cəmi üç oyun keçirib və 2005-ci ilin payızında, 33 yaşında futbolçu karyerasını bitirmək qərarına gəlib.

17 iyul 1992-ci ildə Azərbaycan milli komandasının heyətində ilk oyununda meydana çıxıb. Onun debütü Gürcüstan yığması ilə oyuna təsadüf edib. Qurban Qurbanov sözügedən qarşılaşmada 46-cı dəqiqədə böyük qardaşı Musa Qurbanovu əvəz edərək meydana daxil olub.

Azərbaycan milli komandasında indiyə qədər ən çox qol vuran futbolçudur. 1992-2005-ci illər aralığında yığmanın heyətində 68 oyun keçirib və 14 qol vurub. 

Qurban Qurbanov məşqçilik karyerasına 2006-cı ildə başlayıb. O, Ağasəlim Mircavadovun gedişindən sonra "Neftçi" klubunun baş məşqçisi təyin olunub. "Qarabağ"a gəlişi isə 2008-ci ilə təsadüf edib. Onun rəhbərliyi altında Ağdam komandası 2009-cu ildə finalda "İnter Bakı" klubunu 1:0 hesabı ilə məğlub etməklə tarixində üçüncü dəfə ölkə kubokunu qazanıb. Bununla da, mütəxəssis Azərbaycan Kubokunu həm futbolçu, həm də məşqçi kimi qazanan ilk şəxs kimi tarixə düşüb: 2004-cü ildə "Neftçi"də komandanın kapitanı və 2009-cu ildə "Qarabağ"da baş məşqçi kimi.

2008-ci ildən bu günə kimi "Qarabağ"da işləyən çalışdırıcı geridə qalan 14 il ərzində ardıcıl 7 dəfə Azərbaycan çempioatının qızıl medalını, 4 dəfə isə ölkə kubokunu qazanıb. Azərbaycan çempionatlarında medal sayında 7 qızıl, 3 gümüş və 2 bürünc ilə mütləq rekordçudur.

O, Çempionlar Liqasının qrupuna komanda çıxaran ilk azərbaycanlı baş məşqçidir. “Qarabağ”ı ümumilikdə 8 dəfə - biri Çempionlar Liqası, altısı Avropa Liqası, biri Konfrans Liqasında qrupa daşıyıb.  Qurbanov həmçinin avrokuboklarda ən çox oyun görən və ən çox qələbəyə sevinən Azərbaycan məşqçisidir.

2017-ci ilin sonunda baş məşqçisi təyin olunduğu Azərbaycan millisinə bir il rəhbərlik edib. Yığma komanda onun rəhbərliyi altında 12 oyuna çıxıb və Millətlər Liqasının ilk mövsümündə D liqasının qrup ikincisi olub.

Qurban Qurbanov 2011-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Əməkdar məşqçi adına layiq görülüb. 

Röya

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

01:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:43

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X