
"Sabah"in baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, mütəxəssis komandasının 0:1 hesablı məğlubiyyətini belə dəyərləndirib:
"Matç ərzində böyük üstünlüyə sahib idik. Düşünürəm ki, təmiz qolumuzu əlimizdən aldılar. Avtoqolumuzdan sonra axıradək müdafiədə oturdular. Səfərə gələndə qarşılıqlı şəkildə futbol oynamaq istəyirsən. Meydanda bu gün gördüklərimiz çox qəribə idi. Amma öz oyunçularıma təşəkkür edirəm. Bütün güclərini meydanda qoydular".
Musayev sayılmayan qollarının qaydalar çərçivəsində vurulduğunu söyləyib: "Həmin epizodda heç bir cərimə yox idi. Matç ərzində çox dəyişikliklər oldu, həkimlər meydana daxil oldu, çoxlu dayanmalar oldu. Ancaq baş hakim cəmi 3 dəqiqə əlavə etdi. Bu hakim “Sabah”dakı ilk oyunumu da idarə etmişdi. Hesab 3:1 olarkən 46-cı dəqiqədə heç nədən Xuan Kamaranı meydandan qovmuşdu. Rəqibin qapısına da təmiz penaltini verməmişdi. Oyunu öz istədiyi kimi idarə edir”.