22:38 20.04.2022 486

"Təklif etdim ki, əvəzetmə sayı 4 olsun" - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Neftçi" ilə qolsuz heç-heçə (0:0) etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bildirib.

Fanat.Az xəbər verir ki, Sadıqov matçı belə şərh edib: 

"Yaxşı oyun alındı. Hər iki komanda istəkli idi, səhv etməkdən çəkinirdi. İlk hissədə üstünlük bizdə olsa da, ikinci yarıda oyun meydanın mərkəzində keçdi. Komandamın çıxışından razıyam. Futbolçular bu gün oyunu yüksək səviyyədə keçirdilər. Kubok matçları fərqlidir. Qarşıda bizi çempionat və kubokun cavab oyunu gözləyir. 
Hamidu Keytanın oyunundan razı qaldım. Onun meydanda qalması rəqib üçün təzyiqdir. Amma sağlamlığı daha vacibdir. Zədələnməsindən ehtiyat etdiyim üçün əvəzlədim.

İki cəbhədə mübarizə aparmaq çətindir. Belədə vaxt az qalır. "Neftçi" ilə eyni vəziyyətdəyik. Məşqçilər üçün çətindir. Bəzən bizi Avropa ilə müqayisə edirlər. Amma bu, düzgün yanaşma deyil. Hər şey aşağı yaş qruplarından başlamalıdır. Millidə də bu problem olur. Futbolçularımız buna baxmayaraq, əzmkarlıq göstərirlər. Bütün oyunlar bizim üçün önəmlidir".

Rəşad Sadıqov əvəzetmə sayının müzakirəsi, habelə digər məsələlərlə bağlı da danışıb: "Kimdəsə əvəzetmə sayı 5-dirsə, o demək deyil ki, bizdə də belə olmalıdır. Mənim üçün fərqi yoxdur. Əvəzetmə sayının artırılmasını dəstəkləyirəm. Mən orta xətti seçdim. Dedim ki, 3 və ya 5 yox, 4 olsun. Pandemiyaya görə güzəşt istəyirlərsə, 4 ideal rəqəmdir. Bizdə oyun sayı da azdır. 5 əvəzetmə də ola bilər. Mən sadəcə, öz fikrimi bildirdim.

Legioner limiti ləğv edilsə belə, gələcəkdə də gənclərə şans verəcəyəm. Ötən mövsüm Cəlal Hüseynov limit səbəbindən oynamırdı. Layiq olduğu üçün meydana çıxırdı. Komanda sayı artdıqdan sonra hər kəsə yer olacaq. O qədər limitə düşən yerli futbolu var idi ki, bu gün harada olduğu bilinmir. Bu, avrokuboklardakı çıxışımıza da mənfi təsir edir. Elə klublar var ki. gənc futbolçunu məcburiyyətdən oynadır. Mənə görə, 7+4 ideal limitdir. Bu gün yerli futbolçu sarıdan əziyyət çəkirik. Bəlkə də mənə limitin qalmağı sərf edər. Çünki gənclərə daha çox şans veririk.

Qeyd edək ki, "Zirə" ilə "Neftçi" arasında cavab matçı aprelin 29-da keçiriləcək.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

23:13

Skandinaviyada görünməmiş transfer savaşı

22:44

Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X