14:17 22.04.2022 608

AFFA cəzalar "yağdırdı"

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Fanat.Az xəbər verir ki, yığıncaqda aşağıda qeyd olunan qərarlar qəbul olunub: 

15.04.2022-ci il tarixində Premyer Liqanın XXIII turunun “Qəbələ” – “Sumqayıt” oyununda kənar şəxs meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).

15.04.2022-ci il tarixində Premyer Liqanın XXIII turunun “Qəbələ” – “Sumqayıt” oyununda matçın 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun şərti olmaqla, 5 oyun cəzalanır klub 4000 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 41.4).

15.04.2022-ci il tarixində Premyer Liqanın XXIII turunun “Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

15.04.2022-ci il tarixində Premyer Liqanın XXIII turunun “Qarabağ” – “Şamaxı” oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilsin.

18.04.2022-ci il tarixində I Divizionun XXII turunun “Sumqayıt-2” – “Zirə-2” oyununda “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).

19.04.2022-ci il tarixində I Divizionun XXII turunun “Qaradağ Lökbatan” – “Zaqatala” oyununda “Qaradağ Lökbatan” klubunun 77 nömrəli futbolçusu Sərxan Abdullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur (maddə 47.1).

19.04.2022-ci il tarixində I Divizionun XXII turunun “Kəpəz” – “Səbail-2” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).

20.04.2022-ci il tarixində Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Qəbələ” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

15.04.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın “Ekol” – “Araz” oyununda matçın 33-cü dəqiqəsində “Araz” komandasının 5 nömrəli futzalçısı Murilio Borgers Souza aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 37.3).

14.04.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Star Karqo” – PASO oyununda “Star Karqo” komandasının 99 nömrəli futzalçısı Mahir Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra texniki zonadakı oturacağı sındırdığına görə 2 oyun cəzalanır. Vurulmuş zərər “Star Karqo” komandası tərəfindən kompensasiya edilməlidir. (maddə 47.1, 65.1, 65.2)

14.04.2022-ci il tarixində Futzal üzrə Birinci Liqanın “Star Karqo” – PASO oyununda PASO komandasının 7 nömrəli futzalçısı Telman Muxtarov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

17.04.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Xan Lənkaran” – “Baker Tilly” oyununda “Baker Tilly” komandasının 44 nömrəli futbolçusu Rəşad Səttərxanlı oyunun 7-ci dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

17.04.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Bibi Heybət” – “Timsport” oyununda “Timsport” komandasının 22 nömrəli futzalçısı Şamxal Aslanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

17.04.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Bibi Heybət” – “Timsport” oyununda “Timsport” komandasının 7 nömrəli futzalçısı Vasif Quliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3)

17.04.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın “Bibi Heybət” – “Timsport” oyununda matçın 28-ci dəqiqəsində “Timsport” komandasının 6 nömrəli futzalçısı Fərid Quliyev hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 41.3).

10.04.2022-ci il tarixində Region Liqasının “Babək” – “Batabat” oyununda “Batabat” komandasının 17 nömrəli futbolçusu Kamil Məhərrəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

17.04.2022-ci il tarixində Region Liqasının “Araz” (Naxçıvan) – “Əlincə” (Culfa) oyununda “Əlincə” (Culfa) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 55.1).

17.04.2022-ci il tarixində Region Liqasının “Sədərək” – “Batabat” (Şahbuz) oyununda “Sədərək” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir. Bu hal üçüncü dəfə təkrarlanarsa, komandanın yarışlardan kənarlaşdırılacağı barədə xəbərdarlıq edilsin (maddə 55.1).

17.04.2022-ci il tarixində Region Liqasının “Arpaçay” (Şərur)  – “Kəngərli” oyununda “Arpaçay” (Şərur) komandasının 5 nömrəli futbolçusu Rəsul Məhərrəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

14.04.2022-ci il tarixində Gənclər Liqasının “Sumqayıt” – “Qəbələ” oyununda “Qəbələ” komandasının 5 nömrəli futbolçusu Murad Musayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

17.04.2022-ci il tarixində U-17 Liqasının “Qəbələ” – “Neftçi” oyununda “Neftçi” komandasının baş məşqçisi Elman Sultanov texniki zona qaydalarını pozduğuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 61.1).

16.04.2022-ci il tarixində U-17 Liqasının “Sabah” – “Zirə” oyununda “Zirə” komandasının 55 nömrəli futbolçusu Kərim Babayev oyunun 49-cu dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

16.04.2022-ci il tarixində U-17 Liqasının “Keşlə” – “Səbail” oyununda “Keşlə” komandasının 7 nömrəli futbolçusu Rüstəm Əlizadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

16.04.2022-ci il tarixində U-17 Liqasının “Keşlə” – “Səbail” oyununda “Səbail” komandasının 33 nömrəli futbolçusu Ayxan Bədizadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

16.04.2022-ci il tarixində U-17 Liqasının “Keşlə” – “Səbail” oyununda matçın 89-cu dəqiqəsində “Səbail” komandasının 96 nömrəli futbolçusu Murad Zəkiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 36.1).

16.04.2022-ci il tarixində U-17 Liqasının “Keşlə” – “Səbail” oyununda matçın 69-cu dəqiqəsində “Səbail” komandasının inzibatçısı Yaşar Qasımov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 41.4).

16.04.2022-ci il tarixində U-17 Liqasının “Keşlə” – “Səbail” oyununda “Səbail” komandasının rəsmisi Mirbağır İsayev AFFA rəsmilərini təhqir etdiyi üçün 10 oyun stadiona girişinə qadağa qoyulur (maddə 73.2).

15.04.2022-ci il tarixində U-16 Liqasının “Səbail” – “Qarabağ” oyununda “Səbail” komandasının məşqçisi Şöhrət Yusifov ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 61.1).

16.04.2022-ci il tarixində U-15 Liqasının “Sabah” – “Neftçi” oyununda matçın 49-cu dəqiqəsində “Neftçi” komandasının məşqçisi Vasif Əliyev hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 61.1).

16.04.2022-ci il tarixində U-14 Liqasının “Sabah” – “Keşlə” oyununda matçın 60-cı dəqiqəsində “Sabah” komandasının 3 nömrəli futbolçusu Ələsgər Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 41.3).

16.04.2022-ci il tarixində Coca-Cola U-13 Liqasının “Səbail” – “Vətən” oyununda “Səbail” komandasının 4 nömrəli futbolçusu Hüseyn Hümbətov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

27.03.2022-ci il tarixində U-12 Liqasının “Neftçi” – “Vətən” oyununda matçın 41-ci dəqiqəsində “Neftçi” komandasının 14 nömrəli futbolçusu Arzu Məmmədli kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 36.1).

27.03.2022-ci il tarixində U-12 Liqasının “Neftçi” – “Vətən” oyununda matçın 48-ci dəqiqəsində “Vətən” komandasının 18 nömrəli futbolçusu Seyfulla Nəbiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 41.3).

16.04.2022-ci il tarixində U-12 Liqasının “Metak” – “Azart” oyununda matçın 59-cu dəqiqəsində “Metak” komandasının baş məşqçisi Mehman Səfərov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 61.1).

19.04.2022-ci il tarixində Futzal üzrə Yüksək Liqanın “Alyans” – “Ekol” oyununda “Alyans” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 55.1).

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

Facebookdan bizi izləməyi unutmayın.
X