Azərbaycan millisinin (U-20) və Estoniya "Levadiya"sının yarımmüdafiəçisi Murad Vəliyev karyerasını İsveçdə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, klubunun heyətində Estoniya çempionu olan gənc oyunçu "Ester"in diqqət mərkəzinə düşüb.
Tallində doğulan 20 yaşlı futbolçu ilə Azərbaycan təmsilçilərindən "Neftçi" və "Sabah" maraqlansa da, aprelin 29-da AFFA İcraiyyə Komitəsinin gənc futbolçularla bağlı limiti ləğv etməsi vəziyyəti dəyişib.
Artıq meydana yaşı 21-ə qədər olan futbolçu buraxmaq məcburiyyətindən qurtulan Premyer Liqa klubları Murad variantını ikinci plana keçirib.
Emin