Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq "Kəpəz" hücum xəttini "Neftçi"nin forvardı ilə gücləndirmək niyyətindədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, gəncəlilər Mirabdulla Abbasovu heyətinə qatmağı planlaşdırır.
Mövsümün sonunda "ağ-qaralar"la vidalaşacağı gözlənilən Mirabdulla Gəncə klubuna icarəyə verilə və ya müddəti 2023-cü ilin yayında başa çatacaq müqaviləsini vaxtından əvvəl pozaraq "Kəpəz"lə sözləşmə imzalaya bilər.
Emin