"Səbail" klubunda baş məşqçi istefası reallaşıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Samir Zərgərov paytaxt təmsilçisini tərk edib.
U-16-nın gənc çalışdırıcısı saytımıza açıqlamasında akademiyadan ayrıldığını təsdiqləyib: "Bəli, daha akademiyada çalışmayacağam. Ümumiyyətlə, "Səbail"dən ayrıldım. Başqa təkliflər var. İki-üç variantım var, amma indilik dəqiqləşmədiyi üçün ad çəkə bilmərəm. Götür-qoy edib sonra qərar verəcəyəm. Yəqin ki, qarşıdakı günlərdə dəqiqləşər".
Qeyd edək ki, Samir Zərgərov ötən ilin oktyabrında "Səbail"in 16 yaşlılarına baş məşqçi təyin olunmuşdu.
Mirağa