Futbol üzrə Latviya çempionatında 15-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçuların – Asim Əlizadə və Şakir Seyidovun çıxış etdiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Spartak”a 0:2 hesabı ilə yenilib. Start heyətdə yer alan Şakir sonadək mübarizə aparıbsa, Asim ehtiyatda qalıb.
“Dauqavpils” Şakiri “Sabah”dan, Asimi isə “Neftçi”dən icarəyə götürüb.
Eyniadlı şəhərin təmsilçisi 15 tura topladığı 15 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
Nihat