16:28 23.05.2022 1138

\"Azərbaycan futbolunu yaxşı heç nə gözləmir\" - Qurban Qurbanov

 "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşüb. 

Fanat.Az xəbər verir ki, 50 yaşlı mütəxəssis özü ilə bağlı bir sıra maraqlı məqamlardan bəhs edib.

Qurbanov futbola başladığı illəri belə xatırlayır: "Məktəbli illərimdə bütün idman növlərində aktiv və bacarıqlı olmuşam. Futbol həmişə digərlərindən fərqlənib və buna maraq daha böyük olub. Az da olsa, güləşlə və karate ilə məşğul olmuşam. Amma futbolu yaddan çıxartmırdıq. 7-ci sinifdə oxuyanda böyüklərlə futbol oynayırdım. Şaban Şirdanov məni orada görüb bəyəndi və "Daşqın" komandasına dəvət etdi. Həmin vaxt böyük qardaşım Musa Qurbanlı əsgərlikdən gəlmişdi. Mənə dedi ki, səni futbolçu edəcəyəm. Daha sonra komandanın əsas oyunçularından biri oldum. İlk rəsmi matçımda müdafiənin solunda çıxış edirdim. Qardaşım və məşqçim məndən daha çox şeyləri tələb edirdi. Mən də daha çox məşq keçmək istəyirdim. Valideynlərim daha çox təhsilə diqqət yetirməyimi istəyirdi. 8-ci sinifədək əlaçı olmuşam. Futbolda digərlərindən üstün olmağa çalışırdım. Təəssüf ki, indiki savad o vaxt yox idi. Məndə yavaş-yavaş futbolçu fəlsəfəsi formalaşdı. Düşünmürdüm ki, futbolçu, sonra məşqçi olacağam. Barselonada olanda eyniadlı klubun futbol fəlsəfəsi ilə maraqlandım. Pep Qvardioladan gördüklərimi “Qarabağ”da yeritməyə çalışdım. Pis də alınmır. Topa daha çox sahib olmaq istəyirik. 

Hamının uşaqlıq arzusu "Neftçi"nin əsas komandasına düşmək idi. Sonda mən də buna nail olmuşdum. Belə kiçik uğurlar böyük nailiyyətin təməlini qoyur. Bunları əldə edəndə başa düşürdüm ki, daha yaxşılarını bacara bilərəm. Həm futbolçu, həm də məşqçi karyeramda maraqlı anlar olub. Futbolçu olduğum dönəmdə Serbiya və Çernoqoriya ilə matçı da qeyd edə bilərəm. Baş məşqçilik karyeramda Norveçin "Rusenborq" komandası ilə görüş də unudulmazdır. Səfərdə bərabərə qalmışdıq, cavab matçı isə Ağdamın işğal gününə təsadüf edirdi. Elə gün idi ki, bəlkə həyatımı verməyə hazır idim. Həmin qarşılaşma yaddaşımdan silinməyəcək. İnsanların bu qədər sevindiyini görməmişdim. Bu qarşılaşmanı karyeramın ən böyük uğuru hesab edirəm".

Əməkdar məşqçi ölkə futbolununun problemlərinə də toxunub: "Azərbaycan futbolunda çatışmazlıqlar çoxdur, təkliflərə və bunları dəyərləndirməyə ehtiyac var. Bir yerə toplaşıb çatışmazlıqları müzakirə etməliyik. Bir dəfə mənə müraciət etmişdilər ki, yaxşı futbolçu olmaq üçün nə etmək lazımdır. Mən də yarı zarafat, yarı ciddi söylədim ki, Musa kimi qardaşı olmalıdır. İnsanı gücünə və bacarığına inandıran biri mütləq olmalıdır. Mənim üçün ən vacib olan budur. Potensialı düzgün yönləndirmək önəmlidir. Gənclikdə bəzi səhvlərim olub. Bəlkə də onları etməsəydim, daha yaxşı olardı. Futbolçu olmaq üçün ilk növbədə insanda potensial vacibdir. Oyunçunun istəyi və xarakteri də önəmlidir. Həmişə futbolçulara deyirəm ki, məşq etməkdən qorxmaq lazım deyil və bu idman növünə çox vaxt ayırmaq lazımdır. İdmançının öz peşəsinə sevgisi də mütləqdir. Gənc vaxtlarında daha çox məşq edirdim ki, kimlərdənsə geri qalmayım. Bu qarşıma qoyduğum məqsəd və futbola olan sevgi idi.

Bugünkü reallıqda Azərbaycan futbolunu, futbolçularını yaxşı heç nə gözləmir. Komanda olaraq "Qarabağ" hansısa uğura imza atıb. Amma hamı şikayət edir ki, azərbaycanlı futbolçu yoxdur. İldən-ilə geriyə gedirik. Mən bunu hiss edirəm. Hamımız akademiyaların və aşağı yaş qruplarının düzgün idarə olunmadığını dildə deyirik. Elə "Qarabağ" klubunda da aşağı yaş qrupları süni ot örtüyündə məşq edirlər. Bunları düzəltməsək, bizi heç də yaxşı şeylər gözləmir. Bəzi məsələləri qaydasına salmalıyıq. Çox geridə qalmışıq. Avropa beş addım irəliləyirsə, biz bir addım geri düşürük. Futbolumuzun inkişafı üçün böyük addımlar atmalıyıq və iş prinspini dəyişməliyik. Bu, bütün klublara və milli assosiasiyaya aiddir".

O, Bakıda Fransa "Olimpik Marsel"i ilə görüşdəki feyr-pley jestindən də danışıb: "Narahat idim ki, görəsən, qərarım düzgündür? Belə bir deyim var: "Sanki o dünyaya gedib gəldim". Mən də bu hissləri yaşadım. Əllə oynayan İbrahima Vadji həssas insandır. Qol zamanı hiss etdim ki, burada şübhəli nəsə var. Vadji də tam sevinə bilmirdi. Sonra rəqibin oyunçuları ilə insident yaşandı. Hakim də qolu qeydə almışdı. İlk dəfə Vadjidən soruşanda mənə baxmadı. Rəqibin oyunçusu mənə yaxınlaşıb etirazını bildirdi. Ürəyimə gələn o oldu ki, əllə vurulubsa, o qolu qeydə almayacağam. Narahat idim, fikirləşdim ki, qol sayılmasa, 25 min azarkeş məni söyəcəkmi? Halbuki bizim qolumuz İsveçrə "Bazel"i ilə görüşdə qeydə alınmamışdı. Daha sonra Vadjidən bir neçə dəfə soruşdum və Maksim Medvedevə dedim ki, hakimə bunu bildirsin. Ondan sonra fanatların reaksiyasını gözlədim. Matçdan sonra epizodun təkrarına baxana qədər narahat idim. İcmalı izlədikdən sonra çox rahat oldum". (Report.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 Aprel 2024
18:39

"Arsenal" illərdir Münhendə qələbə qazana bilmir

18:08

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı bilindi

17:55

"90 dəqiqə mübarizə aparmağa fiziki gücümüz çatmır" - Ədəhim Niftəliyev

17:28

"Çox məyusam, hamımız pərişanıq" - Deklan Rays

17:09

"Sumqayıt" "Turan Tovuz"la görüşə neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:52

U-17-nin heyətində dəyişiklik edildi

16:29

"Turan Tovuz" "Sumqayıt"la oyuna 4 itki ilə çıxacaq

16:12

"Müstəsna futbol oynadıq, amma..." - Xosep Qvardiola

15:52

U-17 beynəlxalq turnirə gedir

15:35

"Roma" De Rossi ilə bağlı qərarını açıqladı - SON DURUM

15:17

"Oyun ərzində "Real" üzərində dominantlıq etdik" - Ruben Diaş

14:50

Umbayev Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

14:34

Azərbaycan millisinin kapitanı çempion oldu

14:15

"Heç vaxt belə bir şey xəyal edə bilməzdim" - Cud Bellingem

13:57

Yeni pəncərə açılıb, yeni nəfəs hələ yoxdu

13:40

"Mançester Siti" bizdən yaxşı futbol oynayır, amma..." - Federiko Valverde

13:23

"Real"ı "lotoreya"da güldürən qələbə - VİDEO

13:06

AFFA 30-cu turun cəzalarını açıqladı

12:58

"Yolumuza davam edəcəyimizə əmin idik" - Karlo Ançelotti

12:40

"Öyrənməliyik" - Mikel Arteta

12:21

Devid İtaliya nəhəngi ilə anlaşdı - Bu qiymətə

11:26

KL: "Fənərbağça" yarımfinala adlaya biləcək? - YENİLƏNİR 

11:05

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

10:44

AL: Yarımfinalçılar müəyyənləşir - YENİLƏNİR

10:25

"Premyer Liqada iştirakımıza mane olacaq heç bir əngəl yoxdur" - "Zaqatala"nın baş məşqçisi

10:06

İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu

09:45

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:23

"Bayer"in ilk yay transferi bilindi

09:00

BOStan, yoxsa idman qurğusu?

01:52

ÇL: "Bayern"lə "Real" yarımfinalda 

17 Aprel 2024
23:45

Qurban Qurbanov Moskva "Spartak"ında?

20:18

Mbappe İbrahimoviçə çatdı

19:30

Almaniya nəhəngi Fyürixi, o isə bu klubu istəyir

18:40

Premyer Liqa nəhəngləri Bundesliqa klubunun oyunsuna elçi düşdülər

17:59

"İmişli" Lozannadakı məhkəməyə şikayət edəcəkmi?

17:35

Romario 58 yaşında karyerasını bərpa etdi: "Arzumu yerinə yetirməyi hədəfləmişəm"

17:18

"Real"dan zəng gələndə iki dəfə fikirləşmədim" - Cud Bellingem

16:59

18-ci turun oyununa külli miqdarda pul yatırıldı - Azərbaycanda

16:44

Noyer və Zane "Arsenal"a qarşı oynaya biləcəklərmi? - Açıqlandı

16:21

"Fulhem"in futbolçusu "Beşiktaş"a keçir - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X