Millimizin futbolçusu Tellur Mütəllimov “Sumqayıt”dan ayrılıb.
Fanat.Az xəbər verir ki, məlumatı 27 yaşlı müdafiəçi özü yayıb.
Bu barədə o, "İnstagram" səhifəsində yazıb:
“Çətin olsa da, deməliyəm ki, 2 ildir uğurları üçün çalışdığım “Sumqayıt” klubundan ayrılıram. Burda yaxşı nəticələr qazandıq. Klubda çalışan hər kəsə, bütün azarkeşlərə təşəkkür edirəm. İnşallah, yollarımız yenidən kəsişər”.
Qeyd edək ki, Tellur Mütəllimov 2020-ci ilin yayında “Sumqayıt”a keçib.