13:18 12.07.2022 724

"Elə bilirlər hər gələni komandaya götürəcəyik" - "Mingəçevir"in baş məşqçisi

Növbəti mövsümdən I Divizionda çıxış edəcək "Mingəçevir" dünəndən seleksiya məşqlərinə başlayıb.

Fanat.Az komandanın baş məşqçisi Azər Həşimovun hazırlığın gedişi, planları, qarşıya qoyulan hədəflə bağlı fikirlərini öyrənib:

"Dünəndən məşqlərə başlamışıq. Açığı, baxışa bu qədər futbolçunun gələcəyini proqnozlaşdırmırdım. Onların sayı hardasa, 40-a yaxındır. Kim eşidib-bilibsə, özünü sınamağa gəlib. Elə bilirlər ki, hər gələni komandaya götürəcəyik. Təbii ki, bu, belə deyil. Artıq ilk məşqdən, daha doğrusu, ikitərəfli oyundan sonra bir neçəsini yola saldıq getdi. Ancaq bizim işimiz hər kəsi yoxlamaqdır. Həvəskar futboldan gəlib deyə, barmaqarası yanaşa bilmərik. Ötən mövsüm Region Liqasında oynayan elə uşaqlar vardı ki, Birinci Diviziondakılardan güclüdür. Seleksiyada iştirak edənlər arasında da bəyəndiklərimiz, potensiallı oyunçular var. Yəqin bir neçəsini komandaya götürəcəyik. Amma indidən ad açıqlamağım doğru olmaz. Roman Hüseynov? O seleksiyada iştirak etmir. Bununla belə, etiraf edirəm ki, maraqlandığımız futbolçudur. Açığı, danışığımız olub. Çox güman, müqavilə bağlayacağıq".

37 yaşlı mütəxəssis həftəsonu yoxlama görüşü keçirməyi planlaşdırdıqlarını da bildirib: "Şəxsən mənə müraciət edən komandalar var. Ancaq rəqibi Region Liqasında oynayan komandalardan seçmək istəmirəm. Birinci Divizionda oynayacağıq, nisbətən güclü rəqiblə oynamalıyıq. Böyük ehtimalla, həftəsonu "Kəpəz-2" ilə gücümüzü sınayacağıq. Buna iki günə tam aydınlıq gələcək. Qalan görüşlərimizi isə təlim-məşq toplanışında reallaşdıracağıq. Avqustun ilk həftəsində toplanışa start verməyi planlaşdırırıq. Hardasa, iki həftəyə yaxın hazırlıq keçəcəyik. O müddətdə 2-3 oyunda gücümüzü sınamaq istəyirik". 

Həşimov seleksiyaya qatılan futbolçuların "Qəbələ", "Zirə" və sair klubların futbolkalarında məşq etməsinə belə münasibət bildirib: "Kənardan yaxşı görünmədiyi ilə bağlı iradları qəbul edirəm. İstər futbolçu, istərsə də məşqçi kimi buna həmişə diqqət yetirmişəm. Peşəkar olmaq lazımdır. Bu hal bizdən asılı olan və olmayan səbəbdən baş verdi. Bizdən asılı olan səbəb budur ki, formalarımız hələ hazır deyil. Hazırlaşırıq ki, təlim-məşq toplanışına qədər komandanı geyimlərlə təmin edək. Digər tərəfdən, seleksiyada 40-a yaxın futbolçu iştirak edir. Onların hamısına forma paylamaq çətindir. İnşallah, qısa zamanda bu məsələ həllini tapacaq".

"Mingəçevir"in çalışdırıcısı komandanın I Divizionda növbəti mövsüm üçün qarşısına qoyulan məqsədi də açıqlayıb: "Rəhbərliklə görüşümüzdə bildirildi ki, mübariz komanda formalaşdıraq və Mingəçevirin adına layiq çıxış edək. Bilirsiniz, "Qəbələ"nin aşağı yaş qruplarından ibarət komandalarda, futbol akademiyasında, digər klublarda çalışmışam, yetərli təcrübə toplamışam. 25-26 ildir futboldayam. Premyer Liqada 100-dən çox oyun keçirmişəm. Həmişə iddialı olmuşam. Ola bilər mən 2 min maaş alanda başqa komandanın futbolçusu məndən beş dəfə çox qazanıb. Amma şəxsiyyətimlə, mərdliyimlə, əzmkarlığımla ondan geri qalmamışam. İstəyirəm ki, komandam da bu düşüncədə olsun. Maddi planda geri qala bilərik, bununla belə, döyüşəcəyik. İştah diş altında olur. Əlimizdən nə gəlirsə, edəcəyik. Birinci Divizion üçün futbolçuların adları önəmli deyil. Lazım gələcək rəqibləri təhlil edərək zəif yerlərini müəyyənləşdirib qalib gələcəyik, bəzən döyüşərək istəyimizə çatacağıq. Bir sözlə, "asan yem" olmaq istəmirik".

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X