13:35 15.07.2022 608

İlk Avropa "səyyahlar"ı -  18 il əvvəlki heyət haradadır?

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Avrokubok mövsümü yeni start götürüb. Daha doğrusu, "Qarabağ" Çempionlar Liqasında ilk mərhələni yenicə uğurla başa vurub, beş gün sonra isə Konfrans Liqadakı təmsilçilərimiz - "Neftçi", "Zirə" və "Qəbələ" mübarizəyə start verəcəklər.

Bu arada ölkəmizi avrokuboklarda təmsil etmiş ilk Azərbaycan komandasını yada salmaq yerinə düşər.

Maraqlıdır, Azərbaycan üçün ilk cığıraçan olan "Turan"ın həmin heyətindən indi kim haradadır? 

9 avqust 1994-cü il

Bu tarixdə Azərbaycan futbolu avrokuboklarda debüt elədi. Qeyd etdiyimiz kimi, tarixi hadisə “Turan”ın adı ilə bağlıdır. Tovuz klubu 1993/1994 mövsümündə çempionatın qızıl medallarını baş məşqçisi Kazbek Tuayevin başçılığı altında qazanmışdı.  

UEFA həmin vaxt yalnız bir Azərbaycan klubuna avrokuboka vəsiqə verdi. O dönəm Avropada reytinqimiz çox aşağı idi. Klub reytinqindən isə danışmağa dəyməz. Bundan başqa, qitə futbol qurumunun ovaxtkı qaydalarına əsasən, klubların nəticələrinə görə hazırlanan reytinq cədvəlində yalnız ilk 24 yeri tutan ölkənin çempionları Çempionlar Liqasında iştirak edə bilərdi. Məhz buna görə də çempion olmağına baxmayaraq, “Turan”ı birbaşa Çempionlar Liqasına buraxmadılar və təmsilçimiz UEFA Kubokunda mübarizəyə qoşuldu. Rəqib isə Türkiyənin “Fənərbağça” klubu oldu. Təbii ki, səviyyə fərqi özünü göstərdi. 

İlk oyun 9 avqust 1994-cü il tarixində İstanbulun “Şükrü Saracoğlu” stadionunda keçirildi və matç “Fənərbağça”nın 5:0 hesablı qələbəsi ilə yekunlaşdı.  


09.08.1994
UEFA Kuboku
İlkin təsnifat mərhələsi, ilk oyun

Fənərbağça (Türkiyə) - Turan (Azərbaycan) 5:0
"Turan"ın heyəti: Nizami Sadıqov, Hüseynqulu Quliyev, Elşad Əhmədov, Gennadi Drozdov, Sakit Alıyev, Məqsəd Yaqubəliyev (Bəxtiyar Musayev, 70), Vəli Hüseynov, Mirbağır isayev (İlham Məmmədov, 46), Rüfət Quliyev, Qurban Qurbanov, Musa Qurbanov.
Vərəqələr: M.Yaqubəliyev, N.Sadıqov, V.Hüseynov - sarı
Hakim: Atanas Uzunov (Bolqarıstan).  
İstanbul. “Şükrü Saracoğlu” stadionu 

Cavab matçı avqustun 23-də baş tutdu. Tovuz stadionu UEFA-nın tələblərinə cavab vermədiyinə və cəbhə bölgəsində yerləşdiyinə görə cavab qarşılaşması Sumqayıtın Mehdi Hüseynzadə adına stadionunda keçirildi. Avqustun 23-ə təsadüf edən həmin görüşdə də “Fənərbağça” qələbəyə sevindi - 2:0. 


23.08.1994
UEFA Kuboku
İlkin təsnifat mərhələsi, cavab oyunu

"Turan" - Fənərbağça (Türkiyə) 0:2
"Turan"ın heyəti: Nizami Sadıqov, Hüseynqulu Quliyev, Gennadi Drozdov, Sakit Alıyev, Musa Qurbanov, Azad Mütəllimov, Məqsəd Yaqubəliyev, Vəli Hüseynov (Mirbağır isayev, 75), Rüfət Quliyev (Bəxtiyar Musayev, 75), İlham Məmmədov, Vidadi Rzayev. 
Vərəqələr: M.Yaqubəliyev, M.Qurbanov, H.Quliyev - sarı
Hakim: Lubomir Puçek (Çexiya)
Sumqayıt. Mehdi Hüseynzadə adına stadion

1. Nizami Sadıqov           1967   2    180     -7 
2. Hüseynqulu Quliyev    1972   2    180      -
3. Gennadi Drozdov        1958   2    180      -
4. Sakit Alıyev                 1965   2    180      -
5. Musa Qurbanov          1964   2    180      -
6. Vəli Hüseynov             1971   2    165      -
7. Rüfət Quliyev              1972   2    165      -
8. Məqsəd Yaqubəliyev   1965   2    160     -
9. İlham Məmmədov        1970   2    135     -
10. Mirbağır İsayev          1974   2      60     -
11. Bəxtiyar Musayev       1973   2      35     -
12. Elşad Əhmədov          1970   1      90     -
13. Qurban Qurbanov       1972   1      90        -
14. Azad Mütəllimov          1963   1      90        -
15. Vidadi Rzayev              1967   1      90        -

Həmin tarixi oyundan 18 ilə yaxın müddət ötüb. Bəs o heyətdən kim indi haradadır?

Nizami Sadıqov – Azərbaycanda “Turan, “Kəpəz” klublarının şərəfini qoruyan Cəfər ləqəbli qapıçı hazırda "Turan Tovuz" klubunda çalışır. O, qapıçılarla işləyən məşqçi kimi “Neftçi”, “Qarabağ”, “Simurq”da fəaliyyət göstərib. Sadıqov bir müddət “Turan Tovuz”a başçılıq edib. 

Hüseynqulu Quliyev – Futbolçu karyerası boyunca “Turan”dan başqa, “Xəzri” (Buzovna), “Şəmkir”, “Bakı Fəhləsi” (Bakı), “ANS-Pivani” (Bakı), “Ümid” (Bakı), “Neftçi” (Bakı) klublarında oynayıb. 2004/2005 mövsümündə “Neftçi”nin heyətində çempion olan Quliyev elə bu klubda da karyerasına nöqtə qoyub. 2006-cı ildən məşqçi kimi fəaliyyətə başlayan 50 yaşlı mütəxəssis “Qəbələ”, “Sabah”, “Zirə” klublarının futbol akademiyalarında çalışıb, həmçinin əvəzedicilərinə rəhbərlik edib. Hazırda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində köməkçi-məşqçidir. 

Gennadi Drozdov - Sumqayıt futbol məktəbinin yetirməsi olan Drozdov "Turan Tovuz"dan başqa, Lənkəran "Xəzər"i, Gəncə "Dinamo"su və "Göyəzən"in də formasını geyinib. Ötən əsrin sonlarında karyerasını başa vuraraq Rusiyaya yollanıb. Uzun müddət qış idman növləri üzrə Rusiya yığmasının əsas təlim-məşq bazası olan “Krılatski” Olimpiya-İdman Kompleksinin baş direktoru olub. Həyatının son illərində xərçəng xəstəlkiyindən əziyyət çəkib. Ötən ilin əvvəlində konovirusa yoluxması səbəbindən səhhəti ağırlaşıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər və veteran futbolçu 2021-ci ilin yanvarında dünyasını dəyişib. 

Sakit Alıyev - İstər futbolçu, istərsə də məşqçi karyerası əsasən "Turan"la bağlı olan Alıyev 2015-ci ildə dünyasını dəyişib. 

1992-ci ildə "Turan"da çıxış etməyə başlayan Alıyev qərb təmsilçisindəki ilk 5 ili ərzində - 1993/94 mövsümündə Azərbaycan çempionluğunu qazanıb. Bundan sonra bir mövsüm "Kəpəz"in uğurları üçün çalışıb karyerasında ikinci dəfə çempion olmasına baxmayaraq, 1998-ci ildə yenidən Tovuz klubuna dönüb. O, futbolçu karyerasını 2004-cü ildə - 39 yaşında, elə "Turan"da başa vurub. Sonradan fasilələrlə komandada baş məşqçi, bir müddət uşaq məşqçisi kimi çalışıb. 

Musa Qurbanov - o, karyerasının sonlarında Tovuz klubunda oynayıb. Qurbanov 1993-cü ildə - 29 yaşında "Turan"a keçib və 3 il bu komandanın şərəfini qoruyub. 1996-cı ildə "Mingəçevir"in "Kür-Nur"una keçsə də, karyerasını elə həmin il başa vurub. Qurbanov 1993/1994 mövsümündə "Turan"ın çempionluğa yiyələnməsində və avrokuboklarda oynamasında müstəsna rol oynayıb. Belə ki, o, 35 qolla həmin mövsümün bombardiri olub. 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun böyük qardaşı olan Musa bəy hazırda I Divizionda çıxış edən "Zaqatala"nın prezidentidir. 

Vəli Hüseynov - "Turan"ın ilk qolunun müəllifi kimi adını Tovuz futbolunun tarixinə yazdıran veteran futbolçu qərb təmsilçisindən 1995-ci ildə ayrılıb. Bundan sonra bir neçə komandanın şərəfini qoruyub - "Xəzri", "Dinamo" (Bakı), "Qarabağ", "Bakılı", "Ümid" (Bakı), "Şahdağ" və "Gənclərbirliyi" (Sumqayıt). "Turan"la qazandığı 2 bürünc, 1 gümüş və 1 qızılın ardınca, çempionatda "Xəzri" və "Dinamo" ilə  2-ci, "Qarabağ"la isə 3-cü olub. "Xəzri"nin (1996/97) və "Qarabağ"ın (1999/2000) heyətində  Azərbaycan Kubokunun finalında oynayıb. Vəli Hüseynov futbolçu karyerasını 2004-cü ildə "Gənclərbirliyi"ndə bitirib. 2006-cı ildə Qurban Qurbanovun dəvətilə "İnter"in akademiyasına gəlib. Uzun illər "Keşlə"nin (hazırda "Şamaxı" adlanır) Futbol Akademiyasında məşqçi qismində çalışıb.

Rüfət Quliyev - Rüfət Quliyev xaricdə - İranda uğurlu futbol karyerası yaşayan, məşqçi kimi Birinci Divizionda çalışan, uşaq futboluna da yaxından bələd olan mütəxəssislərimizdəndir. Divizionda işlədiyi müddətdə “Ağsu” klubu ilə çempion olub, dəfələrlə mükafatçılar sırasında yer alıb. "Səbail"in U-17 komandasına rəhbərlik edib. "Ağsu"dan ayrılandan sonra işsizdir. 

Məqsəd Yaqubəliyev - Futbolçu karyerası ərzində "Göyəzən", "Avey", "ANS-Pivani"nin şərəfini qoruyub. "Turan"a 1992-ci il mövsümündə keçib, 1996-cı ilə kimi onun heyətində çıxış edib. “Turan”ın tərkibində 1994-cü ildə Azərbaycan çempionu, 1995-ci ildə gümüş, 1992-1993-cü illərdə bürünc medalçı olub.

UEFA Kubokunun I təsnifat mərhələsinin hər iki oyununda meydanda olub və bu matçlarda ümumilikdə 160 dəqiqə oynayıb.

Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayıb. 2010-cu ildə "Bakı"nın məşqçilər korpusunda yer alıb, bir müddət baş məşqçi əvəzi olub.

İlham Məmmədov -  Peşəkar karyerasına 1987-ci ildə Qazaxın "Göyəzən" klubunda başlayıb. Bir neçə mövsüm bu komandanın heyətində SSRİ ikinci liqasında çıxış edib. 1991-ci ildə "Neftçi" komandasının heyətində SSRİ-nin birinci liqasında 4 oyun keçirib.
Sovet İttifaqının dağılmasından sonra ilk klubu "Turan" olub. O, Tovuz təmsilçisinin heyətində çempionatımızın qızıl (1993/94), gümüş (1994/95) və bürünc (1992, 1993) medallarını qazanıb. 1995/1996 mövsümünün gedişində "Neftçi"yə dönüb və elə həmin mövsümdəcə ölkə çempionatının və kubokunun qalibi olub. Növbəti mövsümdə yenə də ölkə çempionluğunu yaşayıb. 1997-ci ildə Gəncənin "Kəpəz" komandasına keçib. "Neftçi"də olduğu kimi, burada da ilk mövsümündəcə həm ölkə çempionatının, həm də ölkə kubokunun qalibi olub. 1998/1999 mövsümündə "Neftçi"yə qayıdıb. Bundan başqa, 1999/2000 mövsümünün əvvəlində Bakının "ANS Pivani" komandasında oynayıb.

2000-ci ilin başlanğıcında Almaniyaya köçüb və burada müxtəlif illər ərzində aşağı divizion klubları — "Zalmror-1921", "Ayntraxt Trir", "Fihte Bilefeld", "Dornberq" və "Türk İdman" komandalarında çıxış edib. Ümumilikdə Almaniya komandalarının heyətində 97 oyun keçirib, 5 qol vurub. Hazırda da Almaniyada yaşayır. 

Mirbağır İsayev - futbolçu kimi "Neftçi", "Qarabağ" klublarının şərəfini qoruyan veteran futbolçu "Turan"ın UEFA kuboku üçün heyətinə cəlb olunub. O, "Fənərbağça" ilə "Şükrü Saracoğlu"dakı qarşılaşmada ilk yarıda, Sumqayıtda keçirilən cavab oyununda 75-ci dəqiqədən sonra meydanda olub. Məşqçiliyə başladıqdan sonra I Divizion təmsilçisi "Abşeron"u, 2011-ci ildə "Kəpəz"i, "Neftçi"nin gənclər komandasını, habelə U-15 və U-17 millilərimizi çalışdırıb. Hazırda "Səbail"in Futbol Akademiyasının koordinatorudur. 

Bəxtiyar Musayev - 1994-cü ilin iyulunda "Neftçi"dən prinsipial rəqibi "Turan"a üz tutan Musayev avrokubok matçlarında 2 oyunda cəmi 35 dəqiqə meydanda olmaqla ümidləri doğrultmayıb yenidən paytaxt klubuna qayıdıb. Sonradan MOİK, "Qarabağ", "Şəmkir", "Şəfa", "Xəzər Lənkəran", 1998/1999-da və 2005/2006-cı illərdə yenidən "Neftçi"də top qovduqdan sonra karyerasını başa vurub.  

Sonradan müxtəlif illərdə "Neftçi"də, "Xəzər Lənkəran"da və "Keşlə"də seleksiyaçı məşqçi funksiyasını icra edib. hazırda isə işsizdir.
 
Elşad Əhmədov - Əslində, o, "Turan"ın çempion heyətinin üzvü olmayıb. Sadəcə, Əhmədov 1994-cü ilin yayında UEFA Kubokunun matçları üçün "Qarabağ"dan icarəyə götürülüb.  

Məşqçiliyə futbolçu karyerasını başa vurduğu “Qarabağ”da (2001-2002) başlayıb. Daha sonra “MKT-Araz” (İmişli, 2004-2005), “İnter”in U-15 (2008-2010), əvəzedici (2010-2011), “Neftçi”nin əvəzedici (2011-2014, 2017-2018), U-17 (2015-2016), U-19 (2016-2017), “Xəzər” (2017-2018), “Sabah”ın əsas (2018-2019), U-19 (2019-2020) komandalarını çalışdırıb. “Neftçi”ni 2012-ci ildə əvəzedici komandaların, 2016-cı ildə U-17 Liqasının qalibi edib. 2018-ci ildə isə “Xəzər”ə I Divizionun çempionluğunu qazandırıb. "Sabah"dan ayrılandan sonra bir müddət işsiz qalan Əhmədov hazırda "Neftçi"nin Futbol Akademiyasının koordinatorudur. UEFA-nın PRO kateqoriyasına malikdir.

Qurban Qurbanov - Peşəkar karyerası doğma Zaqatalanın “Daşqın” komandasında başlayıb. Daha sonra “Alazani” (Gürcüstan), “Turan” (Tovuz), “Kür-Nur” (Mingəçevir), “Neftçi”, “Dinamo” (Stavropol, Rusiya), “Baltika” (Rusiya), “Fakel” (Rusiya), “Volqar-Qazprom” (Rusiya) və “İnter” komandalarında çıxış edib. Bu müddətdə “Turan”la 1, “Neftçi” ilə 3 dəfə Azərbaycan çempionu olub. 1996/97 mövsümündə “Neftçi”də çıxış etdiyi vaxt çempionatın ən çox qol vuran futbolçusu ünvanına sahib çıxıb.

Futbolçu karyerasını bitirdikdən sonra “İnter” klubunda (indiki “Şamaxı”) idman direktoru kimi fəliyyətə başlayan Qurban Qurbanov “Neftçi”də 2006-2007-ci illərdə baş məşqçi işləyib. O, 2008-ci ildən türkiyəli məşqçi Rasim Karanı əvəzləyərək “Qarabağ”a baş məşqçi təyin olunub.  Bu müddətdə o, “Qarabağ”a 7 dəfə çempionluq yaşadıb, 4 dəfə Azərbaycan kubokunu qazandırıb. 2017/18 mövsümündə “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandırmaqla Azərbaycanda bu nəticəyə imza atmış ilk və hələ ki yeganə baş məşqçi kimi tarixə düşüb.

Azad Mütəllimov - futbolçu kimi "Neftçi"nin, "Turan"ın, Sumqayıt “Xəzər”inin üzvü olub. Sonuncuların heyətində 2 dəfə Azərbaycan çempionatının gümüş medalına sahib çıxıb. O, Azərbaycan klubları arasında Avropa kuboklarında ilk dəfə çıxış etmiş Tovuzun “Turan” klubunun heyətində Türkiyə “Fənərbağça”sına qarşı bir oyunda iştirak edib. Belə ki, İstanbuldakı matçda meydana çıxmayan Mütəllimov Sumqayıtdakı cavab görüşünü əvəzedilmədən başa vurub. 

Futbolçu karyerasını başa vurduqdan sonra hakimlik etməyə başlayıb və beynəlxalq dərəcəli hakim dərəcəsinə qədər yüksəlib. Hazırda hakim-inspektor olmaqla yanaşı, "Sumqayıt"ın Futbol Akademiyasında məşqçi kimi çalışır.

Vidadi Rzayev - Futbolçu karyerasında son iki ilini - 2005-2006-nı "Olimpik"də keçirən veteran futbolçu "Turan"la yanaşı, "Neftçi", "Kəpəz", "Şəmkir", "Qarabağ-Azərsun", Rusiyada "Terek", Türkiyədə "Ərzurumspor", İranda "Miss-Kerman" klublarında çıxış edib. O, "Turan", "Neftçi", "Kəpəz" və "Şəmkir" klublarının heyətində qızıl medallar qazanaraq, 7 dəfə ölkə çempionu olub. Məşqçiliyə başladıqdan sonra isə "Karvan", "Qəbələ" və "Kəpəz"də işləyib. O, hazırda Gəncə klubunda köməkçi-məşqçi çalışır.

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2024
00:03

ÇL: "Real" - "Bayern" matçında ilk qolu kim vuracaq? - YENİLƏNİR

08 May 2024
23:50

Medina "Qarabağ"la müqavilə yeniləyib? - AÇIQLAMA

22:40

KL: "Fiorentina" finalda!

21:21

Virts "Real"a nə vaxt keçəcək?

21:00

Samir Nəsri əfsanəvi almanın bu planının üstünü açdı

19:35

Serb futbolçu "Yuventus"u tərk edəcək, İtaliyanı yox

18:44

İngiltərə nəhənginin yeni baş məşqçisi bilindi - Rəsmi qərar bu tarixdə açıqlanacaq

17:55

“Borussiya”nın kapitanı olduğum üçün çox fəxr edirəm" - Emre Can

17:37

"Çelsi" forvardını satışa çıxardı

17:16

"Biz yalnız Kroosa yox, mütəşəkkil komandaya qarşı oynayacağıq" - Tomas Tuxel

16:54

"Almaniyaya tez gəlsəydim, Musalanı İngiltərə millisində oynamağa razı salardım" - Harri Keyn

16:23

PFL ilə "YAŞAT" Fondu arasında memorandum imzalandı

16:14

İstanbul nəhəngi "Çelsi" ilə anlaşdı - SON DURUM

15:55

Azarkeşlər Palmeri seçdilər

15:36

Rüfət Quliyevi əvəzləyəcək şəxs bilindi  

15:17

"Barselona"da fikir ayrılığı: Laporta və Deku Xavi ilə razılaşmadılar

14:58

"Qorxmuruq, kimə qarşı oynadığımızın fərqindəyik" - Manuel Noyer

14:40

Bölgə klubunda radikal dəyişiklik - Əsgər Abdullayev də gedir

14:21

DİN və DTX əməkdaşları AFFA-da

14:05

"Qapıya 31 zərbə endirsək də..." - Enrikedən emosional məğlubiyyət şərhi

13:48

Futzal turnirinin qalibi bilindi

13:31

"Nə deyəcəyimi bilmirəm" - Vitinya

13:14

Almaniya futbolu tarixində Hummels kimisi olmamışdı

12:57

PSJ-dən maraqlı antirekord

12:44

"Kəpəz"in 2 legionerinə ağır cəza verildi, klub 8500 manat cərimələndi

12:32

AFFA "Turan Tovuz"un legionerini 4 oyunluq kənarlaşdırdı

12:20

"Qarabağ" ilə "Neftçi" barədə ölçü götürüldü: 5800 manatlıq cərimə 

12:02

Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıya yollandı

11:45

"Jirona" ÇL-ə buraxılmır - SƏBƏB 

11:26

"Şadam ki, indi azarkeşlərimizə olan borcumuzu qaytara bilərik" - Edin Terziç

11:08

"Üzgün və kədərliyik" - Kilian Mbappe

10:33

Yoahim Löv: "Final fitindən sonra tualetə qaçdım"

10:12

"Borussiya" Parisi də fəth etdi - VİDEO

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

ÇL-in tarixində ikinci dəfə - Yenə "Borussiya"

01:20

“Beşiktaş” finala yüksəldi

00:53

Çempionlar Liqası: "Borussiya" Parisi susdurub finala yüksəldi 

07 May 2024
21:27

Ten Haq MY-dəki gələcəyinin necə olacağı ilə bağlı sualı belə cavablandırdı

20:20

"Laporta məndən onunla bağlı məlumatları aldı" - "Xetafe"nin prezidenti "Barselona"nın planının üstünü açdı

19:30

"Mançester Siti" ilə "Arsenal" türkiyəli ulduza görə yarışa girdilər - Qiyməti "əl yandırır" 

Facebookdan bizi izləməyi unutmayın.
X