
Latviyanın “Dauqavpils” klubu Azərbaycanlı futbolçu Asim Əlizadə ilə vidalaşıb.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu "Neftçi"yə qayıdıb.
Qeyd edək ki, Asim Əlizadə əsasən "Neftçi"nin əvəzedici komandasında çıxış edib.