
"Neftçi" Peşəkar Futbol Klubu ilə "Liv Bona Dea Hospital" arasında sponsorluq müqaviləsi bağlanıb.
Fanat.Az xəbər verir ki, imzalama mərasimində klubun prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, “Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbek və baş həkimi Cabir Gülmalıyev iştirak edib.
"Bakcell Arena" stadionunun konfrans zalında baş tutan imzalama mərasimində tərəflər 3 illik müqaviləyə imza atıblar.
Anlaşmaya əsasən, "Liv Bona Dea Hospital" paytaxt təmsilçisinin sağlamlıq sponsoru olacaq. "Neftçi", "Neftçi-2" və akademiyanın komandalarına ödənişsiz müayinə, müalicə, tibbi baxış və s. xidmət göstəriləcək, komandaların dərman perepatları ehtiyaclarının qarşılanmasına dəstək verəcək.
İmzalama mərasimindən sonra komandanın 10 nömrəli forması Taner Özbekə hədiyyə olunub.