
"Neftçi"nin Konfrans Liqasında II təsnifat mərhələsinin cavab matçında "Aris" üzərində möhtəşəm qələbə qazanaraq mərhələ adlaması Rumıniyada böyük diqqət çəkib.
Fanat.Az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampfın bu uğuruna boşanmaqda olduğu keçmiş xanımı, məşhur menecer Anamariya Prodan da biganə qalmayıb.
Təcrübəli mütəxəssislə məhkəmə çəkişməsində olan, bugünlərdə aliment mübahisəsini uduzan Anamariya "Instagram" hesabında paylaşım edib:
"O, hələ də ən yaxşıdır! ...dərs verdiyi işdə!!! Təbriklər”

Qeyd edək ki, "Neftçi" Kipr klubu "Aris"ə ilk oyunda 0:2 uduzsa da, ötən gün baş tutan cavab görüşündə 3:0 hesablı möhtəşəm qələbə sayəsində III təsnifat mərhələsinə adlayıb. Laurentsiu Regekampf iyunun sonunda "ağ-qaralar"ın baş məşqçisi postuna təyin olunub.
Mirağa