
Misli Premyer Liqasının ilk turunda "Səbail" səfərdə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Mahmud Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında çıxış edib:
“Çempiona qarşı heç də pis təsir bağışlamadıq. Düzdür, daha yaxşısına ümid edirdik. Qarşımızda “Qarabağ” var idi, amma pis oynamadıq. Aqressivlik var idi, hücum qurmaq istədik. Yaxşı qol epizdolarımız var idi ki, hesabı açaq. Bacardığımız qədər oynadıq.
Qarşıdakı oyunlara baxacağıq. Uduzsaq da, komandanın göstərdiyi oyuna və aqressivliyinə görə razı qaldıq. Qarşıda çox oyun var. Həm nəticə qazanmaq, həm də yaşxı oyun göstərmək istəyirik. Bir çox futbolçumuz yenidir, anlaşa bilmirlər, bir-birini başa düşmürlər. Müdafiəçilərimiz xaricidir. Dil baxımından da problemimiz var. Oyunda belə şeylər olur. Komanda şəklində yaxşıyıq. Vaxt lazımdır. Tezliklə yoluna qoymaq istəyirik. Yeni transferlər pis deyildilər. Gözləntilərimiz çoxdur. Özlərini göstərəcəklər.
Yaxşı nəticə ilə başlamaq istəyirdik. Amma əfsuslar olsun ki, uduzduq. Ruhdan düşmək fikrimiz yoxdur. Yeni komandamız var. İstəyirik ki, bütün çempionat ərzində özümüzü göstərək”.