
"Kəpəz" azarkeşləri "Neftçi"yə qarşı Azərbaycan Premyer Liqasının II tur oyununda maraqlı pankart açıblar.
Fanat.Az xəbər verir ki, fanatlar ev oyunlarını Gəncə şəhər stadionunda keçirə bilmədikləri üçün narazılıqlarını çatdırıblar.
Pankartda "Oğul sözlərimə yaxşı qulaq as, stadionsuz klub liqada olmaz" yazılıb.
Qeyd edək ki, Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğundan bölgə klubu rəqiblərini Qəbələdə qəbul edəcək. Komanda I turda "Zirə"yə 1:2 hesabı ilə uduzduqları matçı Bakıda "Dalğa Arena"da oynayıb.
Qeyd edək ki, hazırda ikinci yarısı oynanılan matçda "Neftçi" 3:0 hesablı qələbə qazanır.