
"Turan Tovuz"un ardından daha bir klub mövsümi biletlərini təqdim edib.
Fanat.Az xəbər verir ki, Futbolun İnkişaf Fondu və “Mingəçevir” futbol klubu 2022/2023 mövsümü üçün satışa limitli sayda belə bilet çıxarıb.
Avqustun 24-dən I Divizionda oyunlar başlayır. "Mingəçevir" ilk turda, ayın 25-də "Neftçi-2"-ni sınağa çəkəcək. Oyuna giriş biletlə olacaq. Biletin qiyməti 1 manat təşkil edir.
Mövsümi biletlərlə bağlı anonsda deyilir: "Limitli sayda satışa çıxacaq mövsümi bilet əldə edərək, siz stadionun ən yaxşı yerlərinin birindən klubun keçirilən bütün ev oyunlarını (I Divizion, Azərbaycan Kuboku, yoldaşlıq oyunları) izləyə bilərsiniz. Biletin qiyməti 15 AZN təşkil edir".
Qeyd edək ki, Premyer Liqada çıxış edən "Turan Tovuz"da mövsümi biletlərin qiyməti 59 manatdır.
Mirağa