23:01 20.08.2022 525

"Neftçi"nin baş məşqçisi: "Günahkar mən və oyunçularımdır"

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının III tur oyundan sonra mətbuat konfransında çıxış edib. 

Fanat.Az xəbər verir ki, 47 yaşlı mütəxəssis məğlubiyyəti belə şərh edib:

"Biz tərəfdən çox pis oldu. Ürəksiz, həvəssiz oynadıq. Meydanda heç nə yox idi. Bu matçı çox yaxşı analiz edəcəyik. Belə oynayırıqsa, qələbə qazanmağa layiq deyilik. bundan daha yaxşı oynamalıyıq. Çünki komandada keyfiyyətli futbolçular çoxdur. Bunu daha əvvəl də görmüşük. Hər oyuna 100 faiz hazır olmalıyıq. Belə oynayırsansa, şansın yoxdur. Pis oynasaq belə, ilk hissədə matçın taleyini həll edə bilərdik. Hesabda öndə idik. Matçın sonlarındakı epizodlar baş verməli deyildi. İrəliyə baxmalıyıq. Sabahdan təhlil etməyə və üzərimizdə çox işləməyə başlayacağıq.

Bu gün planda daha çox topa sahib olmaq nəzərdə tutulmuşdu. Oyun üslubumuz belədir. Mərkəz yarımmüdafiəçilərimiz çox güclüdür. Daha yaxşı oynamalıydıq. Amma topu özümüzdə çox saxlayırdıq. Hərəkət etməliydik. Meydanın mərkəzində mübarizəli oyun gedirdi. Biz də buna hazır deyildik. Verdiyimiz qərarlar ləng idi. Oyuna ciddi yanaşmamışdıq. Bakıda Avstriya "Rapid"inə qarşı matçı müqayisə etsək, fərq çox idi.

Üstünlük bizim tərəfimizdə idi. Orta xətt oyunçuları yaxşı görünürdü. Amma penalti epizodunda asanlıqla səhvə yol verdik. Orada penalti olmamalı idi. Kimisə xüsusi qeyd etmək istəmirəm. Ailə kimi düşünməliyik. Komandada gənc və təcrübəli futbolçular var. İkinci hissədə təyin edilən ilk penalti zamanı Mert Çelik rəqibin üstünə o formada getməli deyildi. Gənc futbolçudur, daha çox təcrübə toplamalıdır. Sonuncu penalti haqqında çox danışmaq istəmirəm. Qələbə topunu vurmaq üçün irəliyə atıldıq. Nəticədə rəqibə boşluq verdik".

Rumıniyalı baş məşqçi belə oyunla qalib gəlməyin çətin olacağını söyləyib: "Futbolçular başa düşməlidirlər ki, bizə qarşı hər oyun belə gərgin olacaq. Hamı mübarizə aparacaq, qaçacaq. İlk hissədə ələ düşən imkanlardan yararlana bilmiriksə, qalib gəlmək asan deyil. Bizim üçün bu cür məğlubiyyət utancvericidir. Bütün tənqidləri qəbul etməliyik".

Regekampf "Neftçi"yə futbolçuların arxasında gizlənməyə gəlmədiyini vurğulayıb: "Bütün məsuliyyət mənə aiddir. Siz hər şey deyə bilərsiniz, haqqınız var. Amma mən cəmi 1 sual vermək istəyirəm: "Aris" və "Rapid"ə qarşı oyunlarımızı bəyənmişdiniz? Bu gün də hücumameylli oynamaq istədik. Yeni futbolçularımız var. Mənə elə gəlir ki, onlar digər yerli klubları ciddiyə almamışdılar. Bundan sonra başa düşəcəklər ki, meydanda bütün gücünü ortaya qoymursansa, çətin olacaq. Onlara tapşırmışdım ki, ciddi oynasınlar, rəqibə hörmətlə yanaşsınlar və ələ düşən fürsətləri qola çevirsinlər. Uduzmuşuq, sevinmirəm. Amma bunlar bizim üçün dərs olmalıdır. Hər oyuna ciddi yanaşmalıyıq. Keçmişlə yaşaya bilmərik. Hər həftə eyni səviyyədə oyun göstərməkdir. Məqsədimiz çempion olmaqdır. Əvvəldən qarşıya bu məqsəd qoyulub. Amma bu, danışmaqla qazanılası bir şey deyil. Meydanda mübarizə aparmaq lazımdır. Hər zaman oyunçularımı müdafiə edəcəyəm. Bilirəm ki, çoxlu söz-söhbət olacaq. Amma günahkar mən və oyunçularımdır. Ciddi oynasaydıq, uduzmayacaqdıq".

Mütəxəssis deyib ki, müdafiə oyunundan danışanda bütün komanda nəzərdə tutulur: "Arxa xətdə çalışmaq hamıya aiddir. Növbəti günlərdə öz üzərimizdə daha yaxşı çalışacağıq".

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

01:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:43

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X