
"Sabah"ın baş məşqçisi Murad Musayev "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldiklərini Misli Premyer Liqasının III tur oyundan sonra mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, 39 yaşlı mütəxəssis qələbəni belə şərh edib:
"Parlaq, heç kimin bir-birinə güzəştə getmədiyi oyun izlədik. Meydanda əsl kişi mübarizəsi getdi. "Neftçi" ilə oyunlarımız hər zaman gərgin keçirdik. Qələbəyə inanırdıq. Bu oyun bizim üçün mental cəhətdən də önəmlidi idi. Çünki əvvəl bu rəqibə qarşı yaxşı oynasaq da, qalib gələ bilməmişdik.Qarşıdakı oyuna hazırlığı fikirləşirik. Turnir cədvəli yoxdur. Hələ mövsümün əvvəlidir".
O, 3 penaltini fərqli oyunçuların yerinə yetirməsinin səbəbini açıqlayıb: "Əsas penalti vuran Kristian Sebalyosdur. İkincini Aleksey İsayev vurdu. Üçüncünü yeni transferimiz vurdu. Əslində o yerinə yetirməli deyildi. Sadəcə, çox istədiyi üçün ona şans verdik".