Dünən "Neftçi" ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında son qoyan Mirabdulla Abbasovun yeni klubu bəllidir. 27 yaşlı hücumçu karyerasını digər paytaxt klubu "Səbail"də davam etdirəcək.
Klubdan Fanat.Az-a verilən verilən məlumata görə, Abbasov Bayıl təmsilçisi ilə 1 illik müqaviləni razılaşdırıb. Forvardın keçidi gün ərzində ictimaiyyətə rəsmən elan olunacaq.
2019/2020 mövsümündə də "Səbail"də çıxış edən Mirabdulla köhnə-yeni komandasında 9 nömrəli forma ilə oynayacaq.
Bu arada, əldə etdiyimiz məlumata görə "Səbail"dən əvvəl Polşanın 1-ci liqa klubu "Resoviya" da Mirabdulla Abbasova təklif göndərib. Ancaq o, vətəndə qalmağı üstün tutub.
Mirağa