22:43 10.09.2022 274

\"Hakimlərin bu hərəkətinə alışmışam\" - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "ASCO Arena"da "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra "CBC Sport"a danışıb. 

Fanat.Az xəbər verir ki, 40 yaşlı mütəxəssis bildirib ki, hakimlərin ona sarı vərəqə verməkdən xoşu gəlir: "Adi bir hərəkətə görə cəzalandırırlar. Artıq buna alışmışam.

Gərgin oyun oldu. Vacib 3 xal qazandıq. Matçın asan keçməyəcəyini bilirdik. Qələbə üçün əlimizdn gələni etdik.

Sevindirici haldır ki, bizim iştirakımızla keçən oyunlar maraqlı alınır. Daha rahat qələbə qazanmaq istəyərdik. Qarşılaşma çox şən başladı. Hər iki qapıda qollar gördük. Yenidən önə keçən tərəf biz olduq. Bundan sonra da qol imkanları oldu. Amma heç bir tərəf fərqlənə bilmədi. Futbolçularım təbrik edirəm. Mövsümün əvvəlidir. İndi yığılan hər bir xal sonda çox dəyərli olacaq".

O, cari çempionatın əvvəlki mövsümlərlə müqayisədə daha ağır keçəcəyini əlavə edib: "Bunu ilk turlardan da görmək olar. Hər bir komanda sonadək mübarizə aparır. Bu gün "Səbail" azlıqda qalmasına baxmayaraq, hesabı bərabərləşdirməyə çalışdı. Bunun özü də mövsümün çətin keçəcəyini göstərir".

Sadıqov ötən mövsüm olduğu kimi, bu çempionatda da heyətdə çox sayda rotasiyalar etdiyini xatırladıb: "Bu, hər bir futbolçunu tonusda saxlamağa yardım edir. Bu oyunda Sertan Taşkına sağ, Qismət Alıyevə sol cinahda şans verdik. Sertanın bombardir olması bizi bir tərəfdən sevindirir, digər tərəfdən isə məyus edir. Çünki hücumçular yox, müdafiəçi fərqlənir. Üzərində işləyəcəyik. Futbolçularımız ideal formasını bərpa etdikdən sonra daha çox nəticə verəcəklər".

Baş məşqçi müdafiənin sol cinahı üçün legioner axtardıqlarını etiraf edib: "Sərbəst futbolçu olsa, götürmək istəyərdik. Alınmasa belə, əlimizdəki futbolçuları həmin mövqedə oynada bilərik. Mütləq vəziyyəti düzəltməliyik".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X