23:59 10.09.2022 475

"Belə halların baş verməsi arzuolunmazdır" - Mahmud Qurbanov

"Səbail"in baş məşqçisi Mahmud Qurbanov "ASCO Arena"da "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının VI tur oyunundan sonra mətbuat konfransında çıxış edib. 

Fanat.Az xəbər verir ki, 49 yaşlı mütəxəssis meydana qələbə üçün çıxdıqlarını bildirib:

"Maraqlı oyun alındı. Məğlub olsaq da, komandamın çıxışından razı qaldım. Azlıqda qaldıqdan sonra da qol epizodlarımız oldu. Sadəcə, istifadə edə bilmədik. Uduzmaq istəmirdik. Ən azı heç-heçə üçün yaxşı şansımız var idi. Komanda qırmızı vərəqədən sonra da oyundan düşmədi. Daha da aqressiv oynadıq".

O, heyətin hələ tam komplektləşmədiyini söyləyib: “Optimal “11-liy”imiz yoxdur. Çünki sabit oynamırıq. Bəzi futbolçular bir matçda yaxşı oynadıqdan sonra növbəti qarşılaşmada boşalırlar. Bizdə əsas heyət anlayışı yoxdur. Əlimdəki bütün futbolçulardan istifadə edirəm”.

Qurbanov komandanın kapitanı Rahid Əmirquliyevə az şans verməsinin səbəbini bu cür izah edib: “Bu gün meydana buraxmaq istəyirdim. Amma qırmızı vərəqə planımıza mane oldu. O, bizim kapitanımız, təcrübəli oyunçumuzdur. Tükənməyib, qarşıdakı matçlarda Rahidi yenidən meydanda görəcəyik”.

Təcrübəli mütəxəssisin sözlərinə görə, ötən tur “Sabah”la qolsuz heç-heçə etdikləri görüşdə konsentrasiya daha yaxşı idi: “Bu matçda isə qol epizodları zamanı nəzarəti itirdik. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Əfsuslar olsun ki, diqqətizlikdən asan qollar buraxdıq”.

Baş məşqçi əvəzetmədən meydana daxil olan Tural Bayramlının qırmızı vərəqə almasına da toxunub: “Bu barədə nəsə danışmaq çox çətindir. Onu meydana buraxdıq ki, oyunun axarını dəyişsin, komandaya kömək etsin. Düşünürəm ki, həddindən artıq istəkli və aqressiv olduğu üçün meydandan qovuldu. Söhbətimiz olacaq. Belə halların baş verməsi arzuolunmazdır. Meydanda sonadək 11 nəfərlə oynamaq istəyirik. Turala cəza verib-verməyəcəyimizi bilmirik. Hər şey mümkündür. İkinci sarı vərəqə epizodunda VAR-a da baxmaq olardı. Ümumiyyətlə, oyunda vərəqələr çox oldu”.

Qurbanov daha çox xal toplamaq üçün müdafiədə oturmağa ehtiyac olmadığını vurğulayıb: “Düzdür, “Sabah”dan xal aldığımız matçda müdafiədən oynadıq. Bu gün qələbə qazanmaq istəyirdik. Uşaqlardan əsas tələbimiz açıq futbol idi. Əlbəttə, uduzmaqdansa, müdafiə olunub xal götürmək daha yaxşıdır. Amma biz hücum futbolu göstərmək istəyirik. Qol imkanlarımız da olur. Təəssüf ki, dəyərləndirə bilmirik”.
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

Facebookdan bizi izləməyi unutmayın.
X