UEFA Gənclər Liqasına start verilib.
Fanat.Az xəbər verir ki, Çempionlar yolunda mübarizə aparan “Qəbələ”nin U-19 komandası da I mərhələnin ilk oyununa çıxıb.
“Qırmızı-qaralar” Xorvatiyada “Hayduk”la qarşılaşıb. Zaur Hacıyevin baş məşqçisi olduğu Azərbaycan çempionu səfər matçında böyük hesabla uduzub - 0:3.
Qeyd edək ki, cavab görüşü oktyabrın 4-də Qəbələdə olacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, ilk oyun
12 sentyabr
19:00. “Hayduk” (Xorvatiya) – “Qəbələ” (Azərbaycan) 3:0
Qol: Vrcic, 24-pen., Kaluşiç, 51, Nazor, 83
Hakimlər: David Smayç, David Qabroveç, Tomaş Çerne (hamısı Sloveniya), Ante Terziç (Xorvatiya)
Split. “Polyud” stadionu