16:36 24.10.2022 750

"22 partizan" və "Qalatasaray"ın elçi düşdüyü "9 nömrə"

Misli Premyer Liqasının son turu çərçivəsində baş tutan "Qəbələ" - "Kəpəz" qarşılaşmasını yağmurlu payız havasında canlı izləməyə xüsusi həvəsim var idi.

Xoşbəxtlikdən Qəbələ yolu yarılananda bəlli oldu ki, paytaxtdakı leysan bizi matçın baş tutacağı məkana - əzəmətli dağların, sisə bürünmüş ormanların arasından boy göstərən stadiona qədər təqib etməyəcək. Yəni gözlənilməz nəsə baş verməsə, iki bölgə təmsilçisinin dueli yarımçıq qalmayacaq, təxirə salınmayacaq.

Hər iki tərəfdə müxtəlif səbəblərdən heyətlə bağlı itkilərin olduğu öncədən bəlli idi. Ancaq çempionata Yaşar Vahabzadə ilə bərbad başlayan "Kəpəz"in bu mövsüm dəfələrlə sığındığı arenada əsl meydan sahibləri ilə necə mübarizə aparacağına baxmağa dəyərdi. Bəli, bu görüş hələ ötən tur Gəncədə "Neftçi"yə döyüşsüz təslim olmayan (0:2) kollektivin sabahı barədə müəyyən fikirlər səsləndirməyə real əsas verəcəkdi.

Şənbə günü tarixin yaddaşına qovuşan qarşılaşmanın statistik detallarına varmaq niyyətindən uzağam. Heç matçın ardından əcnəbi hücumçuların qol vurmaq missiyasının öhdəsindən gələ bilməməsini şanssızlıqla əlaqələndirən Elmar Baxşıyevin dediklərinə də kontur-arqumentlər axtarmaq fikrində deyiləm. Sözügedən matçı yuxarıda vurğuladığım kimi sırf "Kəpəz"in perspektivləri prizmasından incələməyə gəlincə...

Mübarizliyin haqqı

Məlum didərginlik dönəmində yaxşı uyğunlaşdığı məkanda qonağa bənzəməyən "Kəpəz" futbolçularının mübarizələrdən çəkinməməsi, meydana çıxan 11 nəfərin hər birinin yüksək əzmkarlıq sərgiləməsi danılmazdı. Əlbəttə, gənc və dinamik Abdullahi Şuaybu erkən qol şansını boşa verməyə, gəncəlilər hesabı aça da bilərdi... Ancaq qapısına təyin olunan penalti VAR-ın "gözlər"i sayəsində ləğv edilən kollektivin hesabda geri düşəndən sonra oyun intizamını itirməməsi alqışalayiq məqam qismində dəyərləndirilməlidir. Hiss olunurdu ki, Nizami yurdunun təmsilçisi artıq ən vacib məsələnin - hansı şəhərin adından oynadığının fərqindədir. Fasilədən sonra baxımlı qolla hesaba tarazlıq gətirən qonaqların yalnız ikinci qolu buraxmamaq yox, həm də qələbə topunu vurmaq üçün mücadilə etməsi də faktdır. Şübhəsiz, "Kəpəz" bu görüşdə uduza və ya qələbə qazana bilərdi. Hərçənd ən azı bərabərlik Tərlan Əhmədovun yetirmələrinin döyüş ruhunun və eyni zamanda daşıdığı geyim dəstinin haqqı idi. Reallıq budur ki, gəncəli azarkeşlərin hər oyunda istefaya səslədiyi Vahabzadə futbolçulara bu gerçəkliyi aşılamağı bacarmamışdı.

22 "partizan"

Qəbələ əhalisinin yerli komandaya bu dərəcədə biganə münasibət göstərməsi ayrıca yazı mövzusudur. "Red Black Army" azarkeş qrupunun tribunalarda 33 nəfərlik heyətlə təmsil olunduğunu vurğulamaq kifayət edər.  Əlbəttə, digər sektorlarda da beş-beş, üç-üç əyləşmiş futbolsevər "qırmızı-qaralar"ı yalnız qoymamaq üçün stadiona təşrif buyurmuşdu. Lakin bu, əsl ev ab-havasının yaradılması üçün qənaətbəxş deyildi. Əksinə, cəmi 22 nəfərdən ibarət qonaq azarkeşlər ("Xəmsə" və "Kəpəz Ultras"ın üzvləri) üzərinə düşəni artıqlaması ilə yerini yetirdi. Matç başa çatandan sonra oyunçuları yanlarına səsləyib alqışlayan gəncəli futbolsevərlər azsaylı, xüsusi hazırlıqlı partizan dəstəsini xatırladırdılar. Hə, hər biri mümkün olnaın ən yaxşısını etmiş, "qırmızı xətt"i keçmədən matçı canlı izləyənləri darıxmağa qoymamışdılar.  

"Elə bu heyətlə də mümkündür"

Qarşılaşmanın ardından qatıldığım mətbuat konfransında Gəncə komandasının baş məşqçisi Tərlan Əhmədova "bu heyətlə bundan artığı mümkündürmü" sualını ünvanladım. Qış fasiləsində komandadan göndəriləcək bəzi oyunçuların yerinə daha faydalılarını gətirməyə çalışacaqlarını vurğulayan mütəxəssisin "Kəpəz" sonuncu olmayacaq və elə bu heyətlə də bundan yaxşı oynamaq mümkündür" deməsi Gəncə futbolu adına yeni ümid cücərtisidir. 

Son söz əvəzi

... Bakıya qayıdarkən xəyalımda Gəncədə müasir standartrlara cavab verən, 15 min azarkeş tutumu olan arena tikilib hazır oldu... Mən də həmin stadionda "Turan tovuz"la qərb derbisini izləməyə yollandım... "Kəpəz"in 3:2 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada gəncəli "9 nömrə"nin het-triki və hesabı açdığı epizodda oyundankənar vəziyyətin olub-olmaması həftənin əsas futbol hadisəsi idi... Matçın və ənənəvi mətbuat konfransının ardından iki təbii, bir süni meydançalı bazanın həyətində Gəncə klubunun üzərinə narın şeh qonmuş, əzəmətli avtobusunu seyr edirdim ki, idman direktoru Mehman Allahverdiyevlə baş məşqçi Tərlan Əhmədovun eşidəcəyim qədər yaxın məsafədə mehriancasına söhbətləşdiklərini duydum. Mehman müəllim yaxınlıqda kiminsə olduğunu hiss edib pıçıltıya keçsə də, əsas yerini eşitmişdim. Sən demə "Qalatasaray"ın skautları elə həmin gəncəli "9 nömrə" üçün stadiona gəliblərmiş, artıq 5 illik müqavilənin də bütün detalları razılaşdırılıbmış...

Nihat, Qəbələ - Bakı

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X