09:00 27.10.2022 778

Jurnalistlər “Qarabağ”a inanır – SORĞU

Bu gün  UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ" səfərdə "Nant"ın qonağı olacaq.

“Stad de la Bojuar” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında Bakıdakı oynanılan matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

Fanat.Az matçla əlaqədar olaraq sorğu keçirib. İdman mətbuatının nümayəndələrinə "Qarabağ"ın "Nant"a qarşı cavab oyunundan hansı nəticəni gözlədiklərini soruşduq. 

Tural Xudiyev ("Space" telekanalının idman departamentinin rəhbəri): "Qarabağ" bu turadək qrupdakı ilkin tapşırığın öhdəsindən gələrək Konfrans Liqasının pley-offunda yerini təmin eləyib. Amma komanda ruhuna güvənərək düşünürəm ki, Qurban Qurbanovun komandası bununla kifayətlənməyəcək. "Nant"la oyunda qazanılacaq 1 xal Avropa Liqasının növbəti mərhələsinə yol açacaq. "Qarabağ"ın bu tapşırığı da yerinə yetirəcəyinə inanıram".

Kənan Hakimov ("İctimai TV"nin idman departamentinin rəhbəri): "Fikrimcə, "Qarabağ" ən azından məğlub olmayacaq. Komanda son oyunlar yaxşı futbol sərgiləyir. İstər daxili çempionatda, istərsə də Avropa Liqasında məğlub olmur. "Köhlən atlar" kifayət qədər özlərinə əmin çıxış edirlər. Düzdür, "Nant"da əlindən gələni edəcək ki, oyunu qalib olaraq başa vursun. Buna baxmayaraq düşünürəm ki, "Qarabağ"ın avrokubok təcrübəsi nisbətdə daha çoxdur. Bu da "Qarabağ"ın xeyrinə işləyən amil olacaq. Təmsilçimizin daha bir özəlliyi odur ki, onlar həm hücumda, həm də əks-hücumda oynamağı bacarır. Buna görə də düşünürəm ki, "Qarabağ" bu görüşdə ən azından uduzmayacaq. Çox ümid edirəm ki, pley-offa vəsiqəni elə bu tur təmin edəcəklər". 

Azər İsmayıl (ARB telekanalının idman departamentinin rəhbəri): "Nant" və "Qarabağ" qarşılaşmasında təmsilçimiz adına fikirlərim müsbətdir. Komandamız əla formadadır. Oyundan -artan templə futbol sərgiləyirlər. Hər bir mənada, istər topla, istər topsuz. Zonalar üzrə göstərilən oyun və eyni zamanda komandanın futbolçularının fərdi ustalıq səviyyəsi də bunu deməyə imkan verir. "Qarabağ"da demək olar ki, bütün mövqelər üzrə ideallıq əldə olunub. Hətta futbolçular arasında rəqabət də var. Bütün bunlar bizi hazırda daha inamlı edir. Fransa səfəri çətin olacaq, amma hazırki "Qarabağ"ın "Nant"dan daha keyfiyyətli olacağını düşünürəm. Ümid edirəm ki, sərfəli nəticə qazanmağa layiqli oyun nümayiş etdirəcəklər. Hər zaman olduğu kimi oyunları yüksək səviyyədə olacaq. Oyunun nəticəsinə gəlincə isə, düşünürəm ki, matçın taleyini idman xoşbəxtliyi həll edəcək. Qarşılaşmada kim əlinə düşən imkanlardan daha yaxşı istifadə edə bilsə, oyunu da həmin komanda qalib olaraq başa vuracaq". 

Fəridə Abdulla ("İctimai TV"nin idman müxbiri, aparıcı): "Qarabağ" səfər oyunlarında daha inamlı təsir bağışlayır. Onlardan daha arxayın oyun izləmişik. İnanıram ki, qələbə qazanacaqlar. Hesabın isə 2:1 "Qarabağ"ın xeyrinə olacağını düşünürəm".

Zaur Xudiyev ("Report" İnformasiya Agentliyində idman şöbəsinin redaktoru): "Söhbət mənim gözləntimdən gedirsə, təbii ki, əksər azərbaycanlı futbolsevərlər kimi, mən də qələbə gözləyirəm. Amma reallıq elədir ki, bu oyun haqqında birmənalı danışmaq olmur. 

Qarşılaşmaya “Qarabağ”ın aspektindən yanaşsaq, həm müsbət, həm də mənfi məqamlar var. Mənfi məqam odur ki, “Nant”ın növbəti mərhələyə çıxmaq şansları hələ davam edir. Komanda daxili çempionatda o qədər də parlaq çıxış etmir. Baxmayaraq ki, son iki oyunun birində qalib gəlib, digərində yalnız son dəqiqə qolu ilə qələbəni əldən versələr də, ümumi vəziyyət olaraq, turnir cədvəli baxımında komandanın işləri qaydasında deyil. Daxili çempionatdakı bu uğursuzluğu avrokubok oyunundakı qələbə, Avroliqada qrupdan çıxmaqla arxa plana itələmək olar. Bu baxımdan “Nant”ın bütün gücü ilə öz meydanında qalib gəlmək üçün vuruşacağını düşünürəm. Doğma meydan, azarkeş amilini də nəzərə alsaq, komanda asan təslim olmayacaq.

Amma qeyd etdiyim kimi, “Qarabağ” üçün müsbət məqamlar da var. Birincisi, Ağdam klubu səfərdə yaxşı oynamağı bacarır. Qurban Qurbanovun komandası adətən lazımi nəticəni qazanmaq məqamında bunun öhdəsindən gələ bilir. İkincisi, Azərbaycan çempionu rəqibindən fərqli olaraq, daha az təzyiq altındadır. Artıq ilkin tapşırıq – Konfrans Liqasının pley-off mərhələsində iştirak təmin olunub. Əsas hədəfə - Avroliqanın pley-offuna isə sadəcə 1 xal lazımdır. Hətta Fransadakı mümkün məğlubiyyət belə “Qarabağ”ın Avroliqada pley-off şansını saxlayacaq. Bu baxımdan ağdamlıların rahat oynayacağını, səfərdən özünə lazım olan nəticə ilə dönəcəyini düşünmək olar. 

Oyun haqqında danışarkən mütləq son vaxtlar Azərbaycan və Fransa arasında davam edən siyasi prosesləri, gərginlikləri də göz önündə saxlamalıyıq. Bu nüansları nəzərə alsaq, bizi gərgin, maraqlı, dinamik oyunun gözlədiyini düşünmək olar".

Daşqın Əziz ("Offsideplus.az" saytının redaktoru): "Nant" revanş havasındadır. İlk matçdakı böyükhesablı məğlubiyyət rəqib komandanı silkələyib. Fransa təmsilçisinin futbolçuları yerli mətbuatda iddialı açıqlamalarla çıxış edirlər. Məncə, cavab oyunu "Qarabağ" üçün asan olmayacaq. Ancaq ağdamlıların səfər matçlarında da uğurlu çıxış etdiyini nəzərə alsaq, Qurban Qurbanovun komandası bu görüşdə də qələbəyə sevinə bilər. Bizi gərgin və maraqlı mübarizə şəraitində keçəcək qarşılaşma gözləyir. Fikrimcə, "Qarabağ" 2:1 hesablı qələbəni bayram edəcək".

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X