17:19 26.10.2022 778

"Neftçi"nin 9 dərdi - Bunu görməyə nə var ki...

Milsi Premyer Liqasının 11-turu geridə qalıb. Əlbəttə, yekundakı mənzərənin necə olacağını indidən demək öncəgörənlik iddiasına bənzəyər. Ancaq turnir cədvəlinə baxmaq mövcud reallıqla tanış olmağa kifayət edir. Şübhəsiz, digərlərindən 1 oyun az keçirən "Qarabağ"ın maksimum nəticə ilə zirvədə qərarlaşmasında təəccüblü nəsə axtarmağa dəyməz.

Cari mövsüm fırtına kimi əsən "Sabah"ın "Neftçi"ni 6 xal qabaqlayaraq ikinci pillədə mövqe tutması isə "ağ-qaralar" adına ciddi təhlükədir. Nəzərə alsaq ki, bakılılar 12-ci turda səfərdə "bərk qoz" imici formalaşdıran və özlərindən cəmi 3 xal geri qalan "Zirə" ilə qarşılaşacaq, deməli, vəziyyət mürəkkəbləşə bilər.

Bəs görəsən, yayda rumıniyalı çalışdırıcı Laurentsiu Regekampfa tapşırılan komandanın problemləri nədən qaynaqlanır? "Neftçi" niyə çempionluq hədəfindən bu dərəcədə uzaq düşüb?

"85 yaşlı ağsaqqal" oyun üslubunu, əcnəbi çalışdırıcının futbol fəlsəfəsini incələmək ayrıca yazı mövzusudur. Bu dəfə "xalq komandası"nın belə desək, futbolun dərinliklərinə baş vurmağı bacarmayanlara da aydın olan 9 dərdini dilə gətirməyə çalışacağıq. Niyə 10 yox, 9? Çünki elə ən böyük çatışmazlıq "9 nömrə" ilə bağlıdır.

1.  Hər şeyi bir kənara qoysaq, komandanın hücum xətti arzulanan səviyyədə deyil. Yayda heyətə qatılan Qodsvey Donyo "vuran ayaq" işinin öhdəsindən layiqincə gələ bilmir. Düzdür, flaqmanın Konfrans Liqasının təsnifat mərhələsindəki ilk rəqibi - Kipr "Aris"i ilə ev oyununda (3:0) hesabı iki adalı oyunçunu "yatırdaraq" açan qanalı əla startla diqqət çəkdi. Ancaq ardını gətirməyi bacarmadı. O, çempionatın 2-ci turunda "Kəpəz"in, 4-cü turunda isə "Zirə"nin qapısına yol tapıb ki, bu da qənaətbəxş sayılmır. Regekampf adətən Donyonu Belarus millisinin gənc forvardı Yeqor Boqomolski ilə əvəzləyir. Lakin Yeqor da tənəzzüldə olan yığmanı təmsil etdiyini oyunu ilə ortaya qoyur. Boqomolski bəlkə də gələcəkdə yaxşı hücumçu kimi formalaşmaq şansına sahibdir. Hərçənd bu gün üçün ondan daha artığını ummaq absurddur. Müxtəlif mövqelərdə sınaqdan keçirilmiş Gilyerme Patoya gəlincə, bəstəboy braziliyalı və sabitlik anlayışı tərs mütənasibdir. O hərdən hücuma dəstək üçün meydana buraxılır və təzyiqin artmasına yardımçı olmağa çalışır. Maraqlıdır ki, komandada "9" nömrəli geyim dəsti boşdur. Sanki futbolkanın özü əsl sahibini - bu işi layiqincə görə biləcək fərasətli mərkəz hücumçusunu gözləyir.

2. Müdafiə xətti ləngdir. Solomon Kverkveliya, Voislav Stankoviç, Mamadu Mbocun timsalında sürətsiz stopperlərin vəziyyətdən çıxması üçün "arxa cəbhə"nin cinahları adından söz etdirməlidir. Mert Çelik "qanad"da yalnız məcburiyyətdən mövqe tuta bilərsə, Ömər Buludovun böyük hədəflər üçün mübarizə aparan fiqur statusu daşımadığı dəqiqdir. Hə, Mertlə müqayisədə Buludovun yaxşı sürəti var. Fəqət "Neftçi" kimi komandaya yardımçı olmaq üçün daha artığını bacarmalı, hücumlara dəstək zamanı həm də düşünmə sürətini, asma məharətini ortaya qoymalısan. Digər tərəfdən, zədəli Azər Salahlının yoxluğunda çatışmazlıqların bu dərəcədə qabarıq görünməsi də mənfi haldır. Paytaxt təmsilçisində heç olmasa, daha bir cinah müdafiəçisi yer almalı idi. 

Təsadüfi deyil ki, bu mövsüm 21 qol vuran bakılılar 12 dəfə məyus olub.  "Qarabağ" (7) və "Sabah" (9) öz yerində, 5-ci yerdəki "Qəbələ" (11) də "Neftçi"dən az qol "yeyib". Bu mənada 6-cı pillədə qərarlaşan "Turan Tovuz"un (13) da "ağ-qaralar"dan önə keçmək ehtimalı göz qabağındadır. 

3. "Sabah"ın büdcəsinin nə qədər olduğu dəqiq bilinməsə də, transferlər, heyətdəki adlar müəyyən fikir formalaşması üçün tutarlı ipucudur. Yəni "Neftçi" bu baxımdan ya 2-ci, ya da 3-cüdürsə, çempionluq yetərincə çətin missiyadır. Bu o demək deyil ki, seleksiya baxımından hər şey idealdır və klub mümkün olanın ən yaxşısını etdiyi halda, işlər qaydasında getmir. Yayda heyətə qatılanlar arasında Kenni Sayef, Ataa Caber kimi maraqlı adlar da var. Amma etiraf edək ki, transfer büdcəsi imkan versəydi, yaxşıların sayını artırmaq da olardı.

4. Regekampfın özünün personası da unudulmamalıdır. İlk turlarda sırf baş məşqçinin qərarları üzündən gözə dəyən neqativ məqamlar başadüşülən idi. Qısa müddətdə ideal kollektiv yaratmaq bir qədər obrazlı yanaşsaq, dəryada balıq sevdasıdır. Fəqət qış fasiləsi yaxınlaşdıqca klubun hədəflərindən uzaqlaşması futbolçuların və rəhbərliyin ona olan inamını şübhə altına sala bilər. Bu baş versə, daxili ab-havaya və sonrakı nəticələrə təsirsiz ötüşməyəcək. 

5. "Neftçi" özü 2 penaltidən yararlanıb. Rəqibləri bu komandanın qapısına 4 dəfə "ağ nöqtə"dən yol tapmaq şansı yaxalayıb və bunların 3-də hədəfdən yayınmayıblar. Artıq çempionatda VAR sistemi tətbiq edilir. Açığı, cari "futbol ili"ndə də çoxsaylı səhvlərlə yadda qalan referilərin qərəzi ciddi söhbət mövzusu deyilsə, məsuliyyət oyunçuların üzərindədir. Cərimə meydançasında bu sayda qayda pozuntusu çempionluğa oyanayan kollektiv üçün çoxdur.

6. Doqquzqat ölkə çempionu çıxdığı matçların böyük əksəriyyətində ikinci yarıda "dirilir". Bəzən fasilədəki "qulaqburması" və ya Regekampfın dəyişiklikləri işə yarayır, bəzən də "Sabah"la son dueldə (2:3) olduğu kimi qatar getmiş olur. 

7. Bakılılar çempionluq yarışındakı əsas rəqibləri ilə - "Qarabağ" və "Sabah"la bu mövsüm 3 dəfə qarşılaşıb və hamısında məğlub olub. Bu, sıradan fakt deyil. Məlum məsələdir ki, futbolun yazılmamış qanunları var. "Qızıl"a köklənən və ölkə birinciliyinin qalibi olmağa inanan komanda belə oynamamalıdır. 

8. Tutaq ki, Fərid Yusifli gələcək üçün perspektiv vəd edir və oyunu ilə ümid verir. Bəs ölkənin ən çox futbolçu yetişdirən klubunun digər yerli gəncləri niyə gözə dəymir? Çoxları hazırda əvəzedicilərdə belə futbolçuların olmadığını düşünə bilər. Ancaq "dubl"da azı 2-3 "yerli istehsal" var ki, əsas komandada nəinki forma şansı qazanmağa, oyunu ilə azarkeşləri təəccübləndirməyə də hazırdır. 

9. Komandanın liderlərindən bəziləri yeni gələnlərin kölgəsində qalmağa başlayıb. Məsələn, sol cinah yarımmüdafiəçisi Yusuf Laval əvvəlki performansı ilə diqqət çəkmir. Liderlərdən söz düşmüşkən, sırf bu klubun şərəfini qoruyanlar arasında xarizmatik yerlilərin də sayının çox olması şərtdir. Hə, Eddi israfilov, Azər Əliyev də yerli statusu daşıyır. Fəqət paltardəyişmə otağında hansısa əcnəbiyə indilik yalnız kapitan - Emin Mahmudov "ağıllı ol" deyə bilir.

Nihat Ağasoy 
  

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X