17:09 28.10.2022 10494

"Qarabağ" niyə uduzdu? - 7 səbəb

UEFA Avropla Lqasının qrup mərhələsinin 5-ci turunda səfərdə "Nant" ilə üz-üzə gələn "Qarabağ"ın Fransadan azı 1 xalla qayıdacağına inananlar çox idi. Şübhəsiz, bu rəqibini Bakıda 3:0 hesabı ilə üstələyən ağdamlılar qitəmiqyaslı turnirdə sərgilədiyi futbol və imza atdığı parlaq qələbərlə futbol ictimaiyyətini ümidləndirmiş və "xoruzlar ölkəsi"ndə yenilməyəcəyinə inandırmışdı. Təəssüf ki, Azərbaycan təmsilçisi 90+5-ci dəqiqədə qapısında qol görərək məğlub oldu. Bu yenilgidən sonra məhz "Nant"la Azərbaycan çempionu üçün hər şey son tura qaldı. "Köhlən atlar"ın niyə heç-heçə edə bilmədiyinə gəlincə...

1. Ağdamlılar möhtəşəm azarkeş dəstəyinə malik Fransa komandası ilə matçda bir qədər həyəcanlı görünürdülər. "Qarabağ"ın avrokubok təcrübəsi böyükdür. Təmsilçimiz yer aldığı qrupun əvvəlki görüşlərində Yunanıstanda "Olimpiakos"u darmadağın edib (3:0) və Almaniyada "Frayburq"a qarşı (1:2) inamlı futbol sərgiləyib. Ancaq "sarı bülübüllər"lə duelin statusu daha fərqli idi. Bu qarşılaşmada qazanılacaq 1 xal pley-offa vəsiqəni rəsmiləşdirəcəkdi. Həlledici məqamlarda ağdamlıların ayrı-ayrı oyunçularının təzyiqi üzərindən ata bilmədiyi, belə desək, matçın ağırlığı altında qaldığı dəqiqdir. 

2. Hələ Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında qınaq obyektinə çevrilən Şahruddin Məhəmmədəliyev növbəti vacib oyunda ciddi səhvlərlə diqqət çəkdi. Plzen "Viktoriya"sı ilə Çexiyadakı ÇL qarşılaşmasında (1:2) hesabda öndə olan ağdamlıları lazım olmadığı halda, topa çıxaraq çətin vəziyyətə salan qolkiper Fransada iki "qəza" ilə yadda qaldı. Birində ayağının altından keçən top xoşbəxtlikdən qapıya getmədisə, digərində verdiyi yanlış ötürməni təmsilçimizə bağışlamadılar. 90+2-ci dəqədə çıxışda etdiyi xətanı da yaddan çıxarmayaq... Nəticədə, onun digər uğurlu seyvləri kölgədə qaldı və Şahruddin yenə əsas tənqid hədəfinə çevrildi. 

3. Belə qarşılaşmalarda komandanın "açar" oyunçularının potensialının imkan verdiyi səviyyədən aşağı oynamaması əsas şərtdir. Bir epizodda qapı tirini nişan alan Kadi gözləniləndən zəif göründüsə, sonradan döyüşə atılan Şeydayev xüsusi nə iləsə diqqət çəkmədi. Azı iki real qol imkanını boşa verən Ovusu Kvabena isə əsas missiyasını həyata keçirməkdən başqa, hər şey etdi. Əlbəttə, hər epizodun qola çevrilməsi mümkün deyil. Futbolda ümumiyyətlə belə anlayış yoxdur. Amma Ovusunun qaçırdığı şanslar "yeni forvard lazımdır" iddiasını səsləndirənlərin nə dərəcədə haqlı olduğunun bariz nümunəsidir. Hərçənd bunu komandanın baş məşqçisi Qurban Qurbanov da bilir və axtarışdadır. 

4. Fransa çempionatında adətən 5 müdafiəçili sistemlə oynayan "Nant" dördlü müdafiədən istifadə etdi. Rəqibin baş məşqçisi meydana iki hücumçu ilə çıxmağı uyğun saymış və vingerlərdən birinə hücumlar zamanı sonadək irəliləmək tapşırığı vermişdi. Bu, sözün əsl mənasında, işə yaradı. Əksər həmlələrin təşkili zamanı eyniadlı şəhərin komandası "ön cəbhə"də say üstünlüyü yarada bilirdi. Bu səbəbdən meydan sahiblərinin 3 hücumçu ilə oynadığını da güman etmək olardı. 

5. "Nant"ın baş məşqçisi Antuan Kombuare topu özündə yaxşı saxlayan "Qarabağ"ın əsas gücünün yarımmüdafiə xəttində olduğunu bilirdi. Onun yetirmələrindən meydanın mərkəzini uzun ötürmələrlə keçməyi tələb etdiyini proqnozlaşdırmaq çətin deyildi. "Sarı bülbüllər" qısa ötürmələrə bel bağlamağın effektli alınmayacağını başa düşür və topu ələ keçirdikləri zaman birbaşa hücum xəttini "qidalandırmağa" çalışırdılar. Belədə, ağdamlıların dayaq yarımmüdafiəçiləri daha çox fiziki güc itirməli, mərkəz müdafiəçiləri bir qədər irəli çıxmalı olurdu. Bir sözlə, rəqib adına bu da işə yarayırdı.

6.  Meydan sahiblərinin qapıçısı Alban Lyafon sadəcə, möhtəşəm performansla yadda qaldı. Dəfələrlə komandasını qoldan xilas edən qolkiperin uğurlu oyununu Kombuare özü də oyunsonrası mətbuat konfransında xüsusi vurğuladı. O, həm də parlaq qurtarışları ilə komanda yoldaşları üçün əlavə motivasiya mənbəyi oldu. 

7. Qələbə istəyi, sonadək 3 xalı gətirəcək qolun axtarışında olmaq cəsarət baxımından xoş mənzərədir. Təbii, "Qarabağ" matçın sonlarında müdafiəyə çəkilib qol buraxsaydı, futbol ictimaiyyəti oyun modelini dəyişən Qurban Qurbanovu yanlış addım atmaqda suçlayacaqdı. Lakin bunu heç olmasa, uzatma dəqiqələrində etmək olardı.  

Nihat Ağasoy

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X